Öd kisəsində daş yaranmasının qarşısını alan çay
Bizi izləyin

Sağlamlıq

Öd kisəsində daş yaranmasının qarşısını alan çay

İtburnu təbiətin bəxş etdiyi ən faydalı bitkilərdən biridir. İtburnu çayını bəyənməyən adam az tapılar, bu dadlı çaydan içərək sağlamlığınızın qayğısına qala bilərsiniz.

Publika.az itburnu haqqında bilməli olduğunuz bütün məlumatları təqdim edir:

Tərkibində bol miqdarda C vitamini və mineral maddələr olan itburnu fosfor və kalium baxımından daha zəngindir. Bundan başqa, itburnunun tərkibində A, B1 B2, E və K vitaminləri də var. Kalsium, maqnezium, dəmir, manqan, mis, sink çatışmazlığından əziyyət çəkmək istəməyənlər itburnudan yararlana bilərlər.

Sümüklər

Toxumalardakı bərkimələrin və sümük əriməsinin qarşısını alır. Duzlaşma, revmatizm kimi xəstəliklərin müalicəsi zamanı olduqca faydalıdır.

Sümüklərin möhkəmlənməsini təmin edir. Sınıq, çıxıq kimi problemlərin tez bir zamanda aradan qalxmasında effektlidir.

Yoluxucu xəstəliklər

C vitamini ilə bol olduğu üçün qızdırma, yorğunluq, immunitet sisteminin zəifləməsi kimi hallarda itburnu ən yaxşı köməkçinizə çevrilə bilər.

Həzm sistemi

Spazma, mədədə turşuluq səviyyəsinin artması, xoradan qaynaqlanan şikayətlərin və köpün aradan qaldırılmasına təsir edir.

Bağırsaq xəstələri itburnudan ishalın qarşısını almaq, infeksiyalardan qorunmaq üçün istifadə edə bilərlər. Qəbizliyi aradan qaldıran itburnu öd kisəsi, böyrək kimi orqanların xəstəliklərdən qorunmasını təmin edir.

Həzm sistemindəki bəzi parazitlərin bədəndən atılmasına kömək edir.

Qan xəstəlikləri

Xərçəng və bəzi uşaqlıq yolu xəstəlikləri zamanı baş verən qanamalar, hamiləlik dövründə baş verən spazma və ağrılar zamanı çox yaxşı təsir edir.

Qan laxtalanmasınının qarşısını almaq, klimaks zamanı yaranan problemlərdən xilas olmaq, qan dövranını sürətləndirmək, orqanizmdən toksinləri atmaq üçün də yararlıdır.

İtburnudan qansızlıqdan əziyyət çəkənlər və qanı təmizləmək istəyənlər də bol-bol istifadə edə bilərlər.

Təzyiq

İtburnu bitkisi təzyiqi tarazlayır. Qaraciyər iltihabının qarşısını alır. Şəkər xəstələri üçün ən yararlı bitkilərdən hesab olunan itburnu qan şəkərini tənzimləyir, öd kisəsində daş yaranmasına maneə olur.

Gözlər və qrip

Gözlərini qüvvətləndirmək istəyənlər itburnu çayını soyudub gözlərə çəkməlidirlər. İtburnu qrip zamanı nəfəs yollarının tıxanmasının qarşısını alır.

Bu möcüzəvi bitki iştahanı açdığı, yaddaşı qüvvətləndirdiyi, beyin funksiyalarını gücləndirdiyi və stressi azaltdığı üçün min bir dərdin dərmanı hesab edilir.

İtburnu çayı necə hazırlanır?

Bir stəkan qaynamış suya bir çay qaşığı xırda doğranmış itburnu qabığı əlavə olunur və dəmlənməsi üçün 15 dəqiqə gözlənilir. Daha sonra süzüb gündə 3 stəkan içmək lazımdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm