Siqareti tərgidə bilmirsiniz?
Bizi izləyin

Sağlamlıq

Siqareti tərgidə bilmirsiniz?

Siqaret aludəçiliyi milyonlarla insanın həyatını təhdid edir. Bir çox xəstəliyə səbəb olan siqaretin zərərini istifadəçilər də gözəl bilirlər. Ancaq onu tərgitmək elə də asan deyil. Ancaq bəzi qidalar var ki, onları yeməklə siqareti tərgitmək prosesini daha asanlaşdıra bilərsiniz.

Publika.az-ın sağlamlıq bölməsi siqareti tərgitməyə kömək edən qidaları araşdırıb:

Portağal

Araşdırmalara görə, 20 gün ərzində gündə bir dəfə portağal yemək siqaret çəkmək istəyini azaldır. Siqaret çəkmək istəyini 79 faiz azaldan portağal həm də bu zərərli vərdiş sayəsində itirilən C vitaminini də geri qazanmağa kömək edir.

Pomidor suyu

Nikotin və pomidor suyunun beynin eyni bölgəsinə təsir etdiyi çoxdan sübut olunub. Ona görə də siqareti tərgitmək istəyənlərə 20 gün ərzində gündə 1 stəkan pomidor suyu içmək tövsiyə olunur. Üstəlik, pomidorun tərkibindəki lipokenin antioksidant təsiri də mövcuddur.

Yulaf

Araşdırmalar göstərir ki, 20 gün ərzində gündə 2 xörək qaşığı yulaf yeyən insanlar siqaretə daha asan əlvida deyəcəklər. Yulafı isti suda saxlayıb yumşaltmaq lazımdır. Daha sonra isə bal və ya qatıqla qarışdırıb yemək olar.

Süd

Aparılan araşdırmalara görə, 1 stəkan süd içdikdən sonra siqaret istifadəçisi siqaret çəkə bilmir. Çünki onun dadının çox pis olduğunu hiss edir. Ona görə də siqareti tərgitmək istəyənlər əlləri hər dəfə siqaretə uzananda əvvəlcə süd içsinlər. Ekspertlər bu üsulla siqaretdən qısa müddətdə soyumağın mümkün olduğunu bildirirlər.

Banan

Siqareti tərgitməyə kömək edən meyvə banandır. Banan tərkibindəki maddələrə və B vitamini sayəsində siqaretin bədənə verdiyi zərərləri aradan götürür.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm