• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qaraciyəri təhlükəli xəstəliklərdən qorumağın yolları

Qaraciyəri təhlükəli xəstəliklərdən qorumağın yolları

Qidanın mənimsənilməsi və qan dövranın tənzimlənməsində qara ciyərin mühüm funksiyası var. Qida rejiminin pozulması, həzmin çətinləşməsi qaraciyərin işini ağırlaşdırır. Bəs ən vacib orqanlarımızdan olan qaraciyəri qorumaq üçün nə etmək lazımdır?

1.Spirtli içkilərdən uzaq durun!

Alkoqol qara ciyərin əsas düşməni hesab olunur. Alkoqolun tərkibində olan etanol orqanizm üçün təhlükəlidir. Qaraciyər alkoqolu zəhər hesab edərək onu zərərsizləşdirməyə çalışır. Ancaq həddindən artıq spirtli içki içdikdə qaraciyər hüceyrələri buna davam gətirə bilməyərək dağılmağa başlayırlar.

2. Yağlı, duzlu, ədviyyatlı qidaları yeməyin!

Qızardılmış, kəskin, duzlu qidaların, yağlı bulyonların, ədviyyatların qəbul edilməsi qaraciyər üçün çox zərərli hesab olunur. Qaraciyəri sağlam saxlamaq istəyirsinizsə, düzgün şəkildə qidalanmalısınız.

Yəni bütün zərərli qidalardan imtina etməli, daha çox meyvə-tərəvəz yeməlisiniz.

Qaraciyərə faydalı olan qidalar arasında bal, qreyfrut, yemiş, şaftalı, balqabaq, yulaf yarması, kök, itburnu yarpağı, meyvə şirələri, badımcan, dəniz kələmi, çuğundur, kəsmik və s. var.

Qaraciyərin sağlamlığı üçün zülallar da çox vacibdir. Zülalın əsas mənbəyi isə ətdir. Yağsız ət məhsullarına üstünlük vermək lazımdır. Ancaq əti qızartmaqdansa, buğda və ya suda bişirin.

3. Çox yeməyin!

Heç bir zaman həddindən artıq yeməyin. Bu halda siz qaraciyəri əlavə işlə yükləmiş olursunuz. Az-az yemək və gün ərzində 4-6 dəfə qidalanmaq məsləhət görülür. Piylənmə qara ciyər üçün çox təhlükəlidir. Qaraciyər tamamilə piy toxuması ilə dolduğu zaman onun hüceyrələri öz normal funksiyasını yerinə yetirə bilmir.

Ancaq unutmayın ki, tez bir zamanda çox kilo itirmək qaraciyərə ziyan vurur. Çünki sürətli arıqlama zamanı bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sorulur və emal edilmək üçün qaraciyərə hücum edirlər. Qaraciyər isə işinin öhdəsindən gələ bilmir və həmin artıq piyləri özündə toplayır.

4. Dərmanlardan istifadə zamanı diqqətli olun!

Satışa daxil olan dərmanların əksəriyyətinin tərkibində qaraciyər hüceyrələri üçün potensial dərəcədə təhlükəli olan maddələr var. Buna görə də, əgər siz uzun bir müddət ərzində, hər hansı bir dərman qəbul etməli olursunuzsa, onun qaraciyərə mümkün ola biləcək mənfi təsirini öz həkiminizdən soruşun.

5.Gigiyenaya diqqət edin!

A, B, S, D, E və G spesifik virusları qaraciyər toxuması üçün çox təhlükəli hesab olunurlar. Viruslu hepatitlərin 90 faizi məhz onların hesabına baş verir. Bu xəstəliklərə yoluxma, virusa yoluxmuş olan insanların qanı ilə və ya cinsi əlaqə zamanı baş verir. Buna görə də, tibb müəssisələrində istənilən tibbi xidmətlər alarkən, orada tibbi alətlərin kifayət dərəcədə sterilizasiyası üçün müvafiq şəraitin olması ilə maraqlanmalı, manikür və pedikür etdirərkən özünüz üçün fərdi alətlər almalı və salona gedərkən yalnız onlardan istifadə etməlisiniz.

Ləman

Xəbər lenti

DAHA ÇOX XƏBƏR