İnfarkt riskini azaldan möcüzəvi tərəvəz
Bizi izləyin

Sağlamlıq

İnfarkt riskini azaldan möcüzəvi tərəvəz

C vitamini orqanizmin gündəlik ehtiyacı olan vitamindir. C vitaminin ən zəngin mənbələrindən biri gül kələmi yeməkdir. 124 qram gül kələm gündəlik C vitamini ehtiyacınızı ödəməyə qadirdir.

Tərkibində B5, B6 vitamini, kalium, omeqa-3 yağ turşuları olan bu dadlı tərəvəz əsl vitamin deposudur. Bol lifli olduğu üçün tox saxlayır. Kalorisi isə olduqca azdır, 100 qramında 27 kalori var. Ona görə də pəhriz saxlayanlar da bu tərəvəzdən rahatlıqla istifadə edə bilərlər.

Gül kələm həm də güclü antioksidantdır. Prostat, ağciyər xərçəngi kimi təhlükəli xəstəliklərə qarşı bədənin müqavimətini gücləndirir.

Bədəndən toksinləri xaric etmə xüsusiyyətinə malikdir. Xüsusilə də qaraciyərin toksik maddələri bədəndən atmasını asanlaşdırır.

Gül kələm infarkt riskini azaldır. Menyunuza gül kələmi daxil etsəniz, şəkər xəstəliyindən özünüzü qorumuş olarsınız. Həmçinin ürək- damar sisteminin fəaliyyətinin yaxşılaşması üçün də bu tərəvəz əsl möcüzəvi təsir göstərir. Alimlərin sözlərinə görə, buna səbəb gül kələmin tərkibindəki sulforafan adlı maddədir. Həmin maddə damarları qoruyan fermentlərin yaranmasına səbəb olur və hüceyrələrə zərər vuran molekulları azaldır.

Gül kələmi salatlarda istifadə edə bilərsiniz. Bu tərəvəzdən hazırlanan şorbalar da çox dadlı olur.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm