Sağlamlıq
Yayda sağlamlığınızı qorumaq üçün bu salatdan yeyin!
Yay aylarında orqanizm gün ərzində həddən artıq su itirir. Tərlə birlikdə bədən üçün lazımlı olan elementlər və vitaminlər də orqanizmdən xaric olunur. Ona görə də qidalanmaya xüsusi fikir verərək, bədəni müxtəlif vitamin və minerallarla təmin etmək lazımdır.
Qidalanma mütəxəssisləri bildirirlər ki, yay aylarında sağlam qalmaq üçün hər gün qarpız və pendir yemək lazımdır. Çünki bu iki qida insanı istinin təsirindən qoruyur, susuzluqdan və mineral itikisindən qaynaqlanan ürəkbulanma, baş ağrısı kimi problemlərin qarşısını alır.
Qarpızla pendiri birlikdə yesəniz, daha təsirli olar. Bu iki qidadan çox ləzzətli və şəfalı salat hazırlamaq mümkündür. Üstəlik, az kalori ehtiva etdiyi üçün ideal çəkidə qalmağa da kömək edir.
Tərkibi:
3 kasa dördkünc doğranmış qarpız
1 stəkan balzamik sirkə
1/4 stəkan qəhvəyi şəkər tozu
1 kasa dördkünc doğranmış keçi pendiri
Yarım stəkan doğranmış roka
Hazırlanması:
Sirkə ilə qəhvəyi şəkəri qarışdırıb zəif odda bişirin. Şəkər tozu əriyənə qədər qarışdırın. Daha sonra zəif odda suyu çəkilənə qədər 20 dəqiqə bişirin. Soyumasını gözləyin. Kənarda böyük bir kasada qarpızı, vəzərini və pendiri qarışdırın. Üzərinə sirkəli qarışığı töküb süfrəyə verin.
Nuş olsun!
Ləman Sultan
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular