Ender Saraçdan arıqladan möcüzəli resept
Bizi izləyin

Sağlamlıq

Ender Saraçdan arıqladan möcüzəli resept

Sağlam qidalanma mütəxəssisi Ender Saraç Türkiyə mətbuatında sağlam və sürətli arıqlamaq haqqında maraqlı ipucları verib. Publika.az Türkiyə mətbuatına istinadən diyetoloqun məsləhətlərini təqdim edir:

Ender Saraç belin qalınlaşmasının böyük təhlükə olduğunu bildirir. Onun fikrincə, belin qalınlaşması, bu bölgədə piylərin toplanması şəkər və ürək xəstəliklərinə səbəb olur.

Səhər təmizliyi

Bir stəkan ballı suyun içinə 10-15 damcı limon suyu töküb acqarına için. Bunun əvəzinə iki ədəd quru ərik, 2 ədəd qoz yeməklə də qan şəkərini tənzimləyə bilərsiniz.

Ödəmə qarşı detoks şorbası

Doktor Ender Saraç hesab edir ki, bədəndəki ödəmi azaltmaq üçün paxla və ənginar şorbası çox faydalıdır.

Şorbanın hazırlanma qaydası: İki litr suyun içində ənginarın gövdəsini, kasa yarpağını və saplarını, üç ovuc təzə zəncirotunu, barmaq ucu qədər sarıkökü və paxlanı qaynadın. Damaq dadına görə bu şorbaya bir az soğan və sarımsaq da əlavə etmək olar. Bunu yedikdən sonra gün ərzində başqa yemək yeməyin. Həzm probleminiz varsa, cəfəri də əlavə edə bilərsiniz.

Yağları əridən çay

Bu çayı hazırlamaq üçün iki diş iri, ya da üç diş orta ölçülü sarımsaq, zəncəfil, su və limon lazımdır. Bir stəkan su ilə barmaq ucu qədər zəncəfili yeddi dəqiqə qaynadın. Ocağın altını söndürən kimi sarımsaqları suyun içinə atın. İki dəqiqə gözləyin. İlıq olandan sonra iki çay qaşığı limon suyunu əlavə edin. Bu çayı gündə iki dəfə için. Həmin çay xolesterini aşağı salaraq, yağları əridir.

Bu ədviyyatları sürfədən əskik etməyin

Ağ çörək və ağ undan uzaq durun. Əlbəttə ki, karbohidrat yemək lazımdır. Yaxşı olardı ki, ağ çörəyi tam buğda unundan hazırlanan çörəklə əvəz edin. Bir də zülal istehlakına üstünlük verin. Yağ istehlakına gəldikdə isə zeytun yağını təklif edirəm. Zeytun yağı damarların tıxanmasına səbəb olmayan ən keyfiyyətli yağdır. İkinci alternativ kimi kərə yağı təklif olunur. Lakin yağı yandırmadan əridin, üzərindəki ağ köpükləri alın. Bir müddət sonra köpüklənməsi dayanır. Bu yağ daha faydalıdır.

Süfrənizi bəzəyən ədviyyatlara gəldikdə isə buraya: zəncəfil, sarıkök, keşniş, rozmarin daxildir.

Zəncəfil Qurani Kərimdə adı çəkilən yeganə ədviyyatdır. Onun orqanizmdən toksinləri təmizlədiyi bildirilir.

Sarıkök isə qaraciyər və öd kisəsindən bütün toksinləri təmizləyir, xərçəngdən qoruyur. Keşniş orqanizmdən ağır metalları atır. Rozmarin isə xərçəngin yaranmasının qarşısını alır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm