Dərini günəşin zərərli şüalarından qoruyan qidalar
Bizi izləyin

Sağlamlıq

Dərini günəşin zərərli şüalarından qoruyan qidalar

Yay aylarında günəşdən gələn ultrabənövşəyi şüalar sağlamlığımızı təhlükəyə atır. Günəş ən çox dəriyə zərər vurur. Günəşdən qoruyucu SPF faktorlu kremlər çəkərək dərini mühafizə etmək olar. Ancaq bəzi qidalar da ən az günəş kremi qədər təsirlidir. Belə ki, bəzi meyvə və tərəvəzlər dərini möhkəmləndirir.

Publika.az həmin qidaları təqdim edir:

Qızılbalıq

Qabıqlı dəniz məhsulları və balıqlarda bol miqdarda omeqa-3 yağ turşuları var. Araşdırmalar, xüsusilə, qızılbalığın tərkibindəki maddələrin dəriyə yaxşı təsir etdiyini sübuta yetirib.

Pomidor tomatı

Tomatın tərkibində bol miqdarda olan likopen ultrabənövşəyi şüalardan qaynaqlanan dəri yanıqlarının qarşısını alır. Yay aylarında bol miqdarda az bişmiş pomidor və ya tomat yeyin.

Tünd şokolad

Tünd şokoladın tərkibində bol miqdarda “flavanoid” adlı maddə var. Bu maddə dərini möhkəmləndirir, hüceyrələri günəşin mənfi təsirindən qoruyur.

İspanaq

İspanaq yay aylarında dərisini qorumaq istəyənlərin ən yaxşı dostudur. İspanaqla yanaşı cəfəri, kəklikotu, rozmarin kimi göyərtilər də günəşin ultrabənövşəyi şüalarının qarşısını alır.

Yaşıl və ya qara çay

Yaşıl çay hüceyrələri yeniləyir və xərçəng riskini azaldır. Günəşin səbəb olduğu dəri xərçənginə qarşı ən təsirli vasitədir. Yaşıl çay xoşlamayanlar adi, qara çay da içə bilərlər. Ancaq qara çayın təsiri daha azdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm