Qısa müddətdə arıqladan bikini pəhrizi
Bizi izləyin

Sağlamlıq

Qısa müddətdə arıqladan bikini pəhrizi

Tətil rezervasiyaları çoxdan başlayıb, amma qışda aldığımız çəki heyranlıqla baxdığımız bikiniləri almağa imkan vermir. Publika.az türkiyəli diyetoloq Seçil Kenarın hələ də istədiyi çəkiyə çatmamış xanımlar və bəylər üçün həm sağlam, həm də qısa müddətdə arıqladan pəhriz reseptini təqdim edir:

Seçil Kenar hesab edir ki, 3-4 kq. arıqlamaq üçün ağır pəhrizlər saxlamaqdan çəkinmək lazımdır. Onun sözlərinə görə, gündə 3 dəfə və vaxtında yemək sağlamlığın və gözəl bədən quruluşunun birinci şərtidir.

Eyni zamanda yeməklərdə bol-bol pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz istehlak etməlisiniz.

Gündə 2 litr su için.

Gündə 1 stəkan mineral su, 2 stəkan yaşıl çay için.

Pəhrizdə meyvə porsiyalarını artırıb, yağlı-şəkərli qidaları azaldın.

Menyuda toxluq hissi verən lifli qidalara üstünlük verin.

Hazır meyvə suyu içməyin!

Səhər

1 kasa qatıq

6 ədəd çiyələk

2 ədəd qoz

1 dilim ananas

Qəlyanaltı

3 ədəd təzə ərik

Günorta

1 kasa tərəvəz şorbası

1 kasa qatıq

Saat 2-4 arası

1 dilim qarpız + 1 dilim pendir

2-3 ədəd kəpəkli biskvit

Axşamüstü

1 boşqab pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz

1 kasa qatıq

Gecə

1 ədəd alma

6 ədəd çiy badam

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm