Ən sağlam insanlar may ayında doğulanlardır
Bizi izləyin

Sağlamlıq

Ən sağlam insanlar may ayında doğulanlardır

Amerika tibb işçiləri tərəfindən 30 il ərzində təxminən 2 milyon insanın xəstəliyinin araşdırılması nəticəsində xəstəliklərə meyilliliklə insanların doğulduğu ayların arasındakı qarşılıqlı əlaqə müəyyən edilib.

Statistik göstəricilər ürək-damar çatışmazlığının mart, Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromunun (DÇHS) və avitaminozun noyabr, astma xəstəliyinin iyun ayında doğulanlarda daha çox müşahidə olunduğunu təsdiqləyir.

Həmçinin müəyyən olunub ki, ən möhkəm sağlamlıq may ayında doğulanlarda olur, oktyabrda dünyaya gələnlər isə, təəssüf ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Tədqiqatlar 1985-2013-cü illərdə dünyaya gəlmiş pasiyentlərin tibb kartları əsasında aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm