• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

1 həftəyə arıqladan model pəhrizi

1 həftəyə arıqladan model pəhrizi

Bu pəhriz qısa müddətdə arıqlamağı qarşısına məqsəd qoyanlar üçündür. Gündəlik ən çox 1400 kalori ilə məhdudlaşdırılmış pəhrizlə 6 kq. arıqlamaq mümkündür. Bu cür ağır pəhrizləri uzun müddət saxlamaq əlverişli deyil və təhlükəlidir. Kök insanlar bu pəhriz sayəsində bir həftəyə istədikləri çəkiyə düşə bilərlər. Çox az çəki atmaq istəyənlərə model pəhrizini saxlamaq tövsiyə edilmir. Publika.az Türkiyə mətbuatına istinadən model pəhrizinin reseptini təqdim edir:

Bazar ertəsi

Səhər yeməyi: 1 stəkan süd, yulaf əzməsi və bir neçə dənə qurudulmuş ərik.

Günorta: 1 stəkan limonlu su (1 stəkan isti suya yarım limon sıxın), şorba və bir neçə ədəd quru ərik.

Axşam: Dovğa və ya mərci şorbası, tərəvəz salatı və yağsız plov.

Çərşənbə axşamı

Səhər yeməyi: 1 porsiya meyvə salatı (təzə mövsüm meyvələri) və 1 fincan yaşıl çay.

Günorta: Az yağlı tərəvəz yeməyi.

Axşam: Mərci şorbası və az yağlı plov.

Çərşənbə

Səhər yeməyi: Ballı müsli və ya yulaf əzməsi.

Günorta: Az yağlı tərəvəz yeməyi və yağsız qaymaqsız qatıq.

Axşam: Pörtmüş kartof, pörtmüş tərəvəz və mövsüm meyvələrindən hazırlanmış yüngül salat.

Cümə

Səhər yeməyi: 2 incə dilim kəpəkli çörək, 1 tikə yağsız pendir və 1 fincan yaşıl çay.

Günorta: Tərəvəz şorbası, çoban salat və 1 fincan yaşıl çay.

Axşam: Dovğa və ya yağsız qatıq.

Cümə

Səhər yeməyi: 1-2 dilim yağsız pendir, xiyar, pomidor və 1 fincan yaşıl çay.

Günorta: Tərəvəz şorbası, yağsız plov və 1 fincan yaşıl çay.

Axşam: Yağsız qatıq və 4 ədəd pomidor.

Şənbə və bazar günü

Səhər yeməyi: Mövsüm meyvələrindən hazırlanmış salat və yaşıl çay.

Günorta: Az yağlı makaron və yaşıl çay.

Axşam: Yağsız plov, səbzi yeməyi və meyvə.

Model pəhrizinin reseptində olan tərəvəz yeməklərində, plov və şorbalarda yağdan çox az miqdarda istifadə edilməlidir. Pəhrizi 7 saxlamaq lazımdır. Uzun müddət saxladıqda müxtəlif ciddi sağlamlıq problemlərinə səbəb olur. Bu pəhrizi saxlayan zaman dərinizin quruyub qabıq verməməsi bol su içməyi unutmayın.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR