6 ağrı növünün səbəbləri
Bizi izləyin

Sağlamlıq

6 ağrı növünün səbəbləri

Bəzi ağrılar xroniki hal alır və daim narahatlıq verir. Türkiyəli həkim Fatma Kural təhlükəli 7 ağrı növünün səbəblərini açıqlayıb.

Əgər sizin də, günlərlə davam edən, xroniki hal almış ağrınız varsa, Publika.az-ın təqdim etdiyi bu məlumatları diqqətdə saxlayın.

Baş ağrısı

Səbəbsiz yerə başınız ağrıyırsa və ağrıkəsici dərman belə kömək etmirsə, böyük bir təhlükə ilə üz-üzə ola bilərsiniz. Əgər baş ağrısı ilə yanaşı ürəkbulanma, qusma və görmə qabiliyyətinin zəifləməsi də müşahidə olunursa, mütləq həkimə müraciət edin.

Çünki bu əlamətlər bəzən beyində yaranmış şişdən xəbər verə bilər. Həmçinin, digər təhlükəli beyin və sinir sistemi xəstəliklərinin də əlaməti ola bilər.

Sinə, boğaz, çənə, çiyin, qol, qarın bölgəsində hiss edilən şiddətli ağrı

Xroniki hal almış sinə ağrısı təhlükəli ağciyər xəstəliklərindən və ya ürəklə bağlı problemlərdən qaynaqlana bilər. İnfarktın da ilk əlaməti sinədə ağrıdır.

Əgər sinə ağrısı arada bir boğaz, çənə, sol çiyin, qol ya da qarına vurursa, ürək xəstəliklərindən şübhələnmək olar.

Kürə sümükləri arasında hiss edilən ağrı

Belə ağrı xüsusilə, səhərlər hiss edilirsə, revmatizmdən şübhələnmək lazımdır. Öd kisəsindəki problemlər də bu tip ağrıya səbəb ola bilər.

Xroniki qarın ağrısı

Öd kisəsi və bağırsaq xəstəlikləri, həmçinin, mədə ilə bağlı problemlər qarın ağrısına səbəb ola bilər.

Baldır ağrısı

Bəzən ayaqda hiss edilən ağrılara biganə yanaşılır. Ancaq bu ağrılar çox təhlükəli xəstəliklərdən xəbər verə bilər. Baldırda hiss edilən ağrı damarlarda qan laxtalanmasının işarəti ola bilər. Həmçinin, bəzi xərçəng növləri də baldırda ağrıya səbəb olur.

Mütəmadi olaraq bədənin müxtəlif bölgələrində hiss edilən ağrı

Bəzi xəstələr daim narahatçılıq hiss edir, ağrıdan əzab çəkir, ancaq konkret olaraq hər hansı bir orqanının ağrımadığını bildirir. Bu hal stressdən, depressiyadan qaynaqlanır.

Belə hallarda mütləq psixoloqdan yardım almaq lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm