Cinsi gücü artırıb orqanizmi gəncləşdirən nadir bitki
Bizi izləyin

Sağlamlıq

Cinsi gücü artırıb orqanizmi gəncləşdirən nadir bitki

Qoci meyvəsi dünyada qida dəyəri ən yüksək olan meyvələrdən biridir. Çox güclü antioksidant tərkibli bu meyvə Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilir. Qırmızı dənələri olan qoci itburnuna oxşayır və qurudularaq istehlak edilir.

Publika.az-ın sağlamlıq bölməsi bu kiçik meyvənin faydalarını, hansı xəstəliklərin müalicəsində istifadə edildiyini və tarixini araşdırıb.

Çində tibb sahəsində 2000 ildir ki, istifadə edilən qoci meyvəsi tropik iqlimlərdə, daim yaşıl yerlərdə yetişir.

Xoşbəxtlik meyvəsi kimi də tanınan qoci daşıdığı polisaxaridlər və güclü antioksidantlar sayəsində sərbəst radikallarla mübarizə aparır, qocalma prosesini ləngidir. Tərkibində olan vitamin C-nin miqdarı limon və portağaldakından 500 dəfə çox, dəmirin miqdarı isə ispanağa nisbətən 15 dəfə çoxdur.

Qoci inanılmaz şəkildə sulu və şirindir. Dadı albalı dadı verir. Parlaq, qırmızı meyvələri ləzzətlidir. Qocidən heç nə atılmır. Bütün hissələri faydalı olduğu üçün istifadə edilə bilər. Məsələn, yarpaqlarından çay kimi də, yağ kimi də istifadə olunur. Bu meyvənin saplaqlarından da yağ hazırlanır.

Türkiyəli mütəxəssis Ömər Coşqun qocinin tərkibində bədxassəli şişlərlə mübarizə aparan maddələrin olduğunu söyləyib. Onun sözlərinə görə, bu maddə yer üzündə bu günə qədər aşkar edilmiş bir neçə bitki növündə olur. Qocinin içərisindəki xüsusi polisaxaridlər və antioksidant maddələr xərçəngə səbəb ola biləcək genetik dəyişikliklərin aktivləşməsinə mane olur.

Tibetlilər yüzlərlə qocidən hazırladıqları dərmanı böyrək və qaraciyər müalicəsində istifadə ediblər. Qoci Tibetdə xolesterini və qan təzyiqini aşağı salmaq üçün istifadə edilir, həmçinin qanı təmizləmə xüsusiyyətinə malikdir.

Qoci HCG hormonuna təsir edir. Həmin hormon isə bədəndə yağın miqdarını azaldır, yuxusuzluğun qarşısını alır, yaddaşı gücləndirir, yaxşılaşma müddətini sürətləndirir, cinsi istək və gücü artırır, orqanizmi gəncləşdirir.

Tərkibindəki zəngin maddələr sayəsində hüceyrələri yeniləyir, dolayısı ilə qocalmanı ləngidir.

Cinsi istəksizliyi aradan qaldırır, libidonu artırır.

Həmçinin, ayaqların gücünü artırır, immunitet sistemini möhkəmləndirir və qan dövranını sürətləndirir.

Qocini çiy yemək, çayını dəmləmək, şorba və salatlarda istifadə etmək də olar.

Hər səhər 30 qram qoci meyvəsindən hazırlanan çay metabolizmi sürətləndirir, bədəndəki piy miqdarını azaldır. Arıqlamaq üçün, qurudulmuş giləmeyvə (gündə 15-45 qram optimal dərəcəsi) istifadə etmək tövsiyə olunur. Arıqlamaq üçün axşam və səhər yemək məsləhətdir.

1 stəkan ilıq suya 1 xörək qaşığı qoci əlavə edib 10 dəqiqə dəmləndikdən sonra içilir, meyvəsi yeyilir. Ev şəraitində hava keçirməyən şüşə bankada və vakuumlu paketlərdə saxlanılır.

Qoci görmə qabiliyyətini də yaxşılaşdırır. Klimaks əlamətlərini azaltmaqda olduqca təsirlidir. Bundan başqa, qoci baş ağrısı, baş gicəllənmələrinə qarşı effektli təsir göstərir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm