MERS virusundan 15 nəfər ölüb
Bizi izləyin

Sağlamlıq

MERS virusundan 15 nəfər ölüb

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 15-ə çatıb.

Publika.az-ın məlumatına görə, bu barədə yerli rəsmilər xəbər verib.Məlumata görə, bazar günü Cənubi Koreya Səhiyyə Nazirliyi əlavə daha 7 yoluxma hadisəsinin baş verdiyini açıqlayıb. Nəticədə Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 145-ə çatıb.

Qeyd edək ki, Yaxın Şərq respirator sindrom (MERS) virusundan sonuncu ölüm halı Cənubi Koreyanın Pusan şəhərində qeydə alınıb.

Koronovirus xəstəliyi diaqnozu 62 yaşlı kişidə iyunun 7-də müəyyən edilib. Məlumata görə virusa yoluxma hadisəsi paytaxt Seulun "Samsunq" tibbi mərkəzində qeydə alınıb. Bu mərkəz Cənubi Koreyada virusun yayılma episentri sayılır. Həmin xəstəxanada ümumilikdə 70 nəfər MERS virusuna yoluxub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm