Ramazanda ağız qoxusu problemini aradan qaldıran üsullar
Bizi izləyin

Sağlamlıq

Ramazanda ağız qoxusu problemini aradan qaldıran üsullar

Oruc tutan insanların qarşılaşdıqları ən böyük problemlərdən biri də ağız qoxusudur. Medipol Universiteti Xəstəxanasının diş həkimi və stomatoloqu Mustafa Gündoğar Ramazan ayında ağız qoxusunun qarşısını almağın və ağız sağlamlığını qorumağın yollarından danışıb. Publika.az türkiyəli mütəxəssisin açıqlamasını təqdim edir:

Tənəffüs yolu infeksiyaları, diş və diş əti, mədə problemləri, böyrək və qaraciyər çatışmazlığı kimi ciddi xəstəliklər ağız qoxusuna səbəb olur. Mustafa Gündoğar açıqlamasında ağız qoxusu probleminin daha çox Ramazan ayında aclıq və susuzluqla bağlı olaraq yarandığını deyib. Ancaq ağızdan və nəfəsdən gələn qoxunun qarşısını almaq mümkündür.

İftar və imsak arası həddindən artıq çay və qəhvə içməyin, şirniyyat yeməyin

Ramazan ayında digər aylara nisbətən şirniyyat növləri daha çox istehlak edildiyi, axşam saatlarında daha çox yeyildiyi, qəhvə, çay kimi içkilər daha çox istehlak edildiyi üçün bakteriyaların sayı artır. Bu səbəbdən çürük yaranması prosesi sürətlənir.

Üstəlik, oruclu olduğumuz günlərdə yemək-içmək funksiyaları azaldığından tüpürcək vəzilərinin hasil etdiyi selik və tüpürcəyin də yuma qabiliyyəti azalır. Bu da bakteriyaların çoxalması və diş çürüyünün əmələ gəlməsi üçün əlverişli zəmin hazırlayır.

İftar və imsakdan sonra dişlərinizi mütləq yuyun

Ramazanda dişlər fırçalanmadıqda iftara qədər keçən müddətdə bakteriyalar ağızda asanlıqla çoxalma imkanı tapır. Bu hal ağızda pis qoxu və diş çürüməsinə yol açır. İftar və imsakdan sonra fırçalanmayan dişlərdə yaranan bakteriyalar ağızda turşuların yaranmasına və diş çürüməsinə səbəb olur. Bu vəziyyət infeksiya yolu ilə bir çox xəstəliyə də səbəb ola bilər. Diş çürükləri və ağız qoxusundan qorunmaq üçün iftar və imsakdan sonra dişlər diqqətlə təmizlənməlidir.

Ramazanda ağız qoxusunu aradan qaldırmaq üçün duzlu su ilə qarqara edin

Dişləri fırçalayarkən, dil səthi və diş ətlərinin də fırçanın köməyi ilə yaxşıca təmizlənməlidir. Oruc tutanların ağız dezinfeksiyaedici vasitələrdən istifadə etmələri də tövsiyə edilir. Belə bir imkan yoxdursa, duzlu su ilə qarqara etmək məsləhətdir. Bütün görünən və görünməyən daxili və xarici səthlər, dilüstü mütləq 2 dəqiqə fırçalalanmalı və təmizlənməlidir. Ağız baxımı üçün diş ipindən istifadə də tövsiyə edilir.

Turşulu və karbonatlı yeməklərdən uzaq durun

Diş çürüklərindən qorunmaq və ağız qoxusu problemi yaşamamaq üçün Ramazanda turşulu yeməklərdən uzaq durun. İmsakda karbonatlı yeməklər daha az istehlak edin, daha çox pendir və süd kimi kalsiumlu yeməklərə, meyvə və tərəvəzlərə üstünlük verin.

Ağız qoxusunu aradan qaldıran təbii üsullar

İftar və imsakdan sonra bu üsulları sınaqdan keçirin:

Hil, şüyüd və razyana çeynəyin.

Darçın çubuğu dişləyin. Bu ağızda bakteriyaları öldürür.

Hər yeməkdən sonra zirə çeynəyin. Həzmə də yaxşı təsir edir.

Eyni şəkildə antibakteriyel xüsusiyyəti olan mixək də iyi dərhal aradan qaldırır.

Cəfəri yeyin.

Ağız qoxusuna qarşı məhlul hazırlayıb qarqara da edə bilərsiniz. Bunun üçün 3 stəkan qaynayan suya təzə nanə yarpağı, keşniş və 1 çay qaşığı zirə toxumu əlavə edib qarışdırın. Sonra ağzını bağlayıb 25 dəqiqəyədək saxlayın. Daha sonra həmin qarışıqla ağız boşluğunu qarqara edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm