Dərinin qaralması və təbii parıltı əldə etməsi üçün bunları yeyin - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Dərinin qaralması və təbii parıltı əldə etməsi üçün bunları yeyin - FOTOLAR

Aparılan araşdırmalar bəzi qidaların dərinin qaralmasında təsirli və faydalı olduğunu sübut edir. Publika.az qaralmaq istəyənlər üçün qidaların siyahısını hazırlayıb.

Qırmızı kahı: Qırmızı kahının tərkibinə bol miqdarda beta karotin və A vitamini daxildir. Odur ki, sağlam qaralmaq və dərinin parıldaması üçün qırmızı kahı təklif edilir.

Yerkökü: Yerkökünün tərkibində olan beta karotin dəriyə təbii parlaqlıq verir. Çiy yedikdə dəri üzərində təsiri daha çox olur.

Çuğundur: Çuğundurun tərkibinə A vitamini daxildir. O bədənin melanin piqmenti istehsal etməsini təmin edir. Melanin dərinizə tünd görünüş verir. A vitamini dərinin gəncliyini qoruyur.

Pomidor: A vitamini, beta karotin və E vitamini ilə zəngin olan pomidor dərinin daha gözəl görünməsini və qaralmasının daimi olmasını təmin edir.

Manqo: Yüksək miqdarda beta karotin və E vitamini ehtiva edən manqo melanin istehsalını dəstəkləyir. Bundan başqa, dəridəki qırış və cizgilərin əmələ gəlməsinin qarşısını alır.

Qaysı: A vitamini ehtiva edən ərik də melanin istehsalını dəstəkləyir. Melanin qaraldıcı məhsullarda olan piqmentdir. Dərinin qaralmasının daimi olması üçün ərik yeyin.

Balqabaq: Balqabağın tərkibindəki beta karotin dəridə piqmentlərin qaralmasını asanlaşdırır, E vitamini isə dərinin parıldamasını təmin edir.

Yumurta: Çimərliyə getməli olduğunuz ərəfədə yumurta yeyin. Tərkibindəki kalsium sayəsində yumurta daha asan qaralmağı təmin edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm