Qan xərçənginə qarşı gündə 1 avokado
Bizi izləyin

Sağlamlıq

Qan xərçənginə qarşı gündə 1 avokado

Kanadalı alimlərin apardıqları araşdırmaların nəticələrinə görə, avokadonun tərkibində xüsusi, “avokatin B” adlı yağ molekulları qan xərçəngi ilə mübarizə aparır. Bu molekullar qan xərçənginə səbəb olan hüceyrələri məhv edir.

Alimlər bildirirlər ki, gündə bir ədəd avokado yeyərək qan xərçəngindən qorunmaq və mövcud xəstəliklə mübarizə aparmaq olar.

Araşdırmanı aparan professorlar bir neçə il içərisində tərkibində avokado olan dərman hazırlayacaqlarını və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə edəcəklərini açıqlayıblar. Onlar avokadonun qan xərçəngindən ölən insanların sayını kəskin şəkildə azaldacağını düşünürlər.

Qeyd edək ki, araşdırmanın nəticələri "Cancer Research" jurnalında yayımlanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm