• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Oruc tutanlar üçün susuzluğu yatıran bitkilər

Oruc tutanlar üçün susuzluğu yatıran bitkilər

Türkiyəli mütəxəssis Koray Özkılıç isti yay günlərində oruc tutanların susuzluğunu yatırmaq üçün faydalı məsləhətlər verib. Publika.az Türkiyə mətbutına istinadən Koray Özkılıçın həmin açıqlamasını təqdim edir:

Ramazan ayının yay fəslinə təsadüf etməsi oruc tutmağı daha da çətinləşdirir. Yay aylarında oruc tutanlar daha çox susuz qaldıqları üçün müəyyən çətinliklərlə qarşılaşır, baş ağrısından əziyyət çəkirlər. Türkiyəli loğman Koray Özkılıç Ramazan ayında, əsasən, Osmanlı Şərbəti hazırlamaq üçün hind tamarindosunun daha çox satıldığını deyib.

Türkiyəli loğman Ramazanda susuzluğu aradan qaldıran bəzi otların adlarını açıqlayıb. Həmin otlar iftardan sonra dəmlənib içildiyi zaman susuzluğu azaldır.

Gündüz bədən ac qaldığı üçün, qaraciyər fermentləri pozulur. Bu da qaraciyər çatışmazlığına səbəb olur. Həmin nəticəni aradan qaldırmaq üçün loğman qaraciyəri qüvvətləndirici zəncirotu, ənginar suyu, kajuberi meyvəsi kimi məhsulları tövsiyə edib.

Qazlı içkilər olmaz!

Özkılıç, həmçinin, Ramazan ayında bol xurma yeyilməsinin vacibliyi haqqında danışıb. "Xurma yeyən insanlar heç bir şəkildə vitamin çatışmazlığı ilə qarşılaşmırlar.

Son zamanlarda çoxları susuzluğu yatırmaq üçün qazlı içkilər alırlar. Bunu qətiyyən tövsiyə etmirik. Qazlı içkilər bədəni bir anlıq rahatlaşdırsa da, susuzluğu daha çox artırır və yarım saat sonra bədən təkrar susayır. Bunun əvəzinə ərik, alça, albalıdan hazırlanan kompotlar istehlak edilməlidir. Bu, həm susuzluğu yatırır, həm də orqanizmdə aclığın şəkərə göstərə biləcəyi təsiri tənzimləyir, təzyiqi nizamlayır və bədənin sonrakı gün orucu rahat tutması üçün zəmin hazırlayır” - deyib.

Özkılıç "Yayda orucunu yarımçıq açan və ya oruc tuta bilməyən insanların susuzluğa tab gətirməməsi normal haldır. Çünki onlar bədəninə yaxşı təsir edən heç bir mineral, vitamin qəbul edə bilmir, ehtiyaclarını ödəyə bilmirlər" söyləyib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR