• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bənzədiyi orqana şəfa verən 8 qida - FOTOLAR

Bənzədiyi orqana şəfa verən 8 qida - FOTOLAR

Aparılan araşdırmalar bir çox meyvə və tərəvəzlərin faydalı olduğu orqana bənzədiyini ortaya çıxarıb. Üstəlik, bənzədikləri orqanlarla bağlı maraqlı təsadüflər var. Məsələn, quruluşca uşaqlığa oxşayan avokadonun yeyilməli konsistensiya gəlməsi üçün ağacda 9 ay yetişməsi lazımdır. Publika.az-ın sağlamlıq bölməsi bənzədiyi orqana fayda verən qidaların siyahısını təqdim edir:

Zəncəfil - Mədə

Zəncəfil mədənin ən yaxın dostu kimi tanınır. Belə ki, əsrlər əvvəl qusma və dəniz tutması kimi vəziyyətlərdə insanlar zəncəfildən istifadə edərdilər. Yəni, zəncəfil hələ elm sübut etməzdən əvvəl belə mədənin dostu sayılırdı.

Üzüm - Ağciyər

Ağciyərin ən böyük xəzinəsi alveollardır. Onlar oksigeni qan dövranına ötürür. Üzümün ağciyərə ən faydalı olduğu bölgə də alveollardır. Beləliklə, ağciyər xərçəng riskini də azaltmış olurlar. Üzüm bundan başqa, proantosiyanidin adı verilən antioksidanta sahibdir. Bu maddə allergik astmaya yaxşı təsir edir.

Kartof - Mədəaltı vəzi

Şirin kartofun mədəaltı vəzinə etdiyi ən böyük yaxşılıq qan təzyiqini yaxşılaşdıraraq, onun vəzifəsini daha rahat yerinə yetirməsini təmin etməkdir. Şirin kartofda həm də mədəaltı vəzi xərçənginin böyüməsini əngəlləyən B6 vitamini var.

Göbələk - Qulaq

Göbələkdəki D vitamini qulağın eşitmə qabiliyyətini yaxşılaşdırır. Eşitmədə problemi aradan qaldırmaq üçün göbələk qədər dəyərli başqa qida yoxdur.

Pomidor - Ürək

Pomidor ürəyin aynasıdır. Quruluşca bir-birinə çox yaxındılar. Bunun səbəbi də pomidorun tərkibindəki likopendir. Likopen ürəyi bütün xəstəliklərə qarşı müdafiə edir. Pomidorun tərkibindəki C vitamini də ürək üçün çox faydalıdır.

Qreypfrut - Sinə

Qreypfrutda limonoid adında fitokimyəvi maddə var ki, bu da döş xərçəngindən müdafiə edir.

Avokado - Uşaqlıq

İşte benzediği organa şifa veren 8 yiyecek

Avokado ilə qadın uşaqlığı bir-birinə çox bənzəyir. Avokadonun ən böyük faydası uşaqlıq ağzı xərçənginin qarşısını almaq və hormonları nizamlamaqdır. Eyni zamanda, maraqlı bir təsadüf var. Məsələ burasındadır ki, avokadonun yeyilməsi üçün ağacda 9 ay yetişməsi lazımdır.

Yerkökü - Göz

Yerkökü gözə oxşarlığı ilə diqqət çəkir. Yerkökünün tərkibindəki beta-karoten tor qişaya yaxşı təsir edir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR