Göz ağrısını və yorğunluğunu aradan qaldıran sadə məhlul
Bizi izləyin

Sağlamlıq

Göz ağrısını və yorğunluğunu aradan qaldıran sadə məhlul

Kompüter qarşısında uzun müddət oturmaq, yaxud bütün günü telefonla internetdə olmaq göz ağrısı və göz ətrafında şişkinlik yaradır. Nəticədə gözdə və başda baş verən ağrılar insanın həyat keyfiyyətini məhdudlaşdırmaqla yanaşı, işinə də ciddi şəkildə mane olur, məhsuldarlığını aşağı salır. Bəs, bu problemi necə həll etmək olar?

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, bu problemi həll etmək üçün mütəxəssislər gül suyu məsləhət görürlər. Gül suyu sayəsində göz ağrısı və göz yorğunluğunu qısa zamanda azaltmaq mümkündür.

Ərzaqlar:

1 ədəd qızılgül

1 stəkan qaynar su

1 çay qaşığı bal

Hazırlanması:

1 ədəd qızılgülün ləçəklərini 1 stəkan suda qaynadın. 10 dəqiqə dəm aldıqdan sonra süzün və içinə 1 çay qaşığı bal əlavə edin. Qarışığı gözlərinizin ətrafına diqqətlə sürtün. Bunu hər gün təkrarlasanız, gözlərinizin şişkinliyi qısa zamanda çəkiləcək, ağrılar azalacaq, baxışlarınızdakı yorğun ifadə yox olacaq.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm