• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yuxusuzluğun çarəsi bu çiçəklərdədir

Yuxusuzluğun çarəsi bu çiçəklərdədir

Yayda bir tərəfdən ağcaqanadlar, digər tərəfdən isti yuxumuzu ərşə çəkir. Dünyada aparılan sorğular qış aylarında yuxu problemi ilə üzləşməyən insanların yay mövsümündə yuxuya gedərkən çətinlik çəkdiklərini təsdiq edib.

Nəzərə alsaq ki, gün ərzində enerjili və gümrah olmaq üçün 8 saat rahat yuxuya ehtiyacımız var, deməli, yay mövsümündə də yuxu rejimimizin pozulmamaısna diqqət etməliyik. Bunun üçün yuxugətirici bəzi bitkilərdən istifadə etmək olar.

Publika.az yuxusuzluq problemini aradan qaldıran ən təsirli bitkiləri araşdırıb:

Jasmin

İnsanı sakitləşdirir, dərin yuxuya getməyə kömək edir. İnsana pozitiv enerji verdiyi üçün səhərlər daha gümrah oyanmağa səbəb olur.

Yatmazdan öncə 10 dəqiqə jasmin iyləyə bilərsiniz. Ancaq ən yaxşı üsul yatmazdan yarım saat öncə yataq otağına güldanda tər jasminlər qoymaqdır.

Lavanda

Lavanda insanı rahatlaşdırır. Yuxuya getməyi asanlaşdırır. Yataq otağına qoyulan bir dəstə lavanda sizi rahat yuxu ilə təmin etməyə qadirdir.

Qardeniya

Yuxugətirici təsiri laboratoriya şəraitində təsdiq edilib. Bu çiçək havadakı oksigen səviyyəsini artırır. Qiyməti elə də baha olmayan həmin çiçəklər çox qulluq tələb etmir.

Odur ki, gecələr rahat yatmaq istəyirsinizsə, yataq otağınızı bu gözəl çiçəklə bəzəyin.

Sarı çiçək açan aloe-vera

Otağın havasını təmizləyir. İnsanı sakitləşdirir. Təsirli yuxugətiricidir.

Divar sarmaşığı

Divar sarmaşığı havanı ən tez təmizləyən bitkidir. Otağın temperaturunu da balanslayır.

Dreçena

Palmanın bir növüdür. Böyük olduğu üçün dekorasiyanı zənginləşdirmək üçün də istifadə edilə bilər. Bu bitkinin olduğu otaqda yatdıqda həm daha dərin yuxuya getmək mümkün olur, həm də bədən toksinlərdən təmizlənir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR