• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Orucluqda susuzluğa qalib gəlmək üçün bunu edin

Orucluqda susuzluğa qalib gəlmək üçün bunu edin

Oruc tutarkən su balansını tənzimləmək lazımdır. Türkiyəli terapevt Ayça Kaya Ramazanda bədəni susuz qoymamaq üçün bunları təklif edir:

İftarda və imsakda çox çay və qəhvə içməyin. Hər ikisi də çox güclü sidikqovucudur. Yəni, orqanizmdə olan suyu bədəndən xaric edir.

Duzlu yeməklərdən uzaq durun. Turşu, şoraba, pendir, zeytun və basdırma kimi qidalar susuzluq hissini artırır.

Yağlı yeməklər də susuzluq hissini gücləndirir. Qovurma, qızartma, yağlı piroq və yağda hazırlanan yeməklərə üstünlük verməyin.

Susuzluğa qalib gəlmək üçün həddindən artıq soyuq içkilər içməyin. Çünki soyuq içkilər bədən hərarətini aşağı salır. Bu isə ehtiyacınız olan mayeni qəbul etməyinizə mane olur. Eyni zamanda, soyuq su ilə isti yeməklər birləşəndə həzm problemləri yarada bilər.

Şəkərli içkilərə də diqqət edin. Şirələr, limonadlar, hazır meyvə suları və qazlı içkilər çox kalorilidir. Onlar insanı yemədən kökəldir. Üstəlik, qanda şəkərin səviyyəsinin sürətli şəkildə dəyişməsinə səbəb olur. Bu da insanın daha çox yeməsinə gətirib çıxarır.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR