Daha yaxşı görmək üçün bu qidaları yeyin
Bizi izləyin

Sağlamlıq

Daha yaxşı görmək üçün bu qidaları yeyin

Yaşamaqdan zövq almaq üçün dünyadakı bütün gözəllikləri görməyimizə səbəb olan gözlərimizin qayğısına qalmalıyıq. Aktiv iş həyatı saatlarla kompüter qarşısında oturmağımıza səbəb olur. Ətraf mühit, düzgün qidalanmamaq və genetik səbəblərdən erkən yaşlarda görmə qabiliyyətiniz zəifləyə bilər. Yaşlılarda isə bu problem özünü daha çox büruzə verir.

Gözləri qorumaq və normal görmə qabiliyyətinə sahib olmaq istəyirsinizsə, aşağıda adını çəkdiyimiz qidaları menyunuza daxil edin.

Daha yaxşı görmək üçün yerköküdən istifadə etməlisiniz. Bu narıncı rəngli tərəvəz daha sağlam görmə qabiliyyətini təmin edən beta-karoten kimi piqmentlərlə və antioksidantlarla zəngindir.

Yerköküdən müxtəlif salatlarda və ya xörəklərdə istifadə edə bilərsiniz. Yerkökü yeməyi xoşlamayanlar onun şirəsini içə bilərlər.

Bibər yüksək görmə qabiliyyətini təmin edən C vitamini ilə zəngindir. Çox mühüm müalicəvi əhəmiyyətə malik olan bu faydalı tərəvəz eyni zamanda gözlərin normal inkişafını təmin edən digər vitaminləri də özündə birləşdirir.

Quş əti qırmızı ətin (quzu, donuz və dana ətinin) ən yaxşı əvəzləyicisidir. Hinduşka və toyuq əti görmə qabiliyyəti üçün əsas elementlər sayılan sink, kalium və bir sıra zülallar, C və E vitaminləri ilə zəngindir. Bütün bunlar quş ətinin katarakta xəstəliyi və göz sulanmasının ən əsas düşməni olmasına səbəb olur.

Bu bitki görmə üçün bütün komponentləri, o cümlədən, vitamin C, beta-karoten və müxtəlif mineralları özündə cəmləşdirir.

İspanağı qızardılmış, qaynadılmış şəkildə, sous formasında yeyə bilərsiniz. Salatlarda da istifadə etmək olar.

Ümumiyyətlə, dəniz məhsulları sağlam həyat tərzi keçirmək istəyənlərin menyularından əksik olmamalıdır. Xüsusilə sardina və qızıl balıq tərkibindəki omeqa 3 yağları sayəsində görmə qabiliyyətini yaxşılaşdırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm