Bud və omba əzələlərini formaya salan məşq - FOTO
Bizi izləyin

Sağlamlıq

Bud və omba əzələlərini formaya salan məşq - FOTO

Tək məşq hərəkəti ilə ayaq və omba əzələlərini möhkəmləndirmək istəyirsiniz?

"Plie Pulse" adı verilən çömbəlmə hərəkəti həm ayaq, həm də omba əzələlərini möhkəmləndirir, formaya salır.

“Plie Pulse” çömbəlmə hərəkəti necə edilir?

Dik durun və ayaqlarınızı çiyin səviyyəsindən çox açın. Bu vəziyyətdə ayaq barmaqlarının kənara doğru baxmasına diqqət göstərin.

Əllərinizi döş səviyyəsində birləşdirin və çömbəlmə mövqeyi alın. Həmin mövqedə bədəninizin üst hissəsini dik tutun.

Bu vəziyyətdə aşağıya doğru 25 dəfə çömbəlib qalxın. Sonra çömbəlmə mövqeyində 25 saniyə gözləyin.

Bu hərəkəti hər biri 25 dəfə olmaqla gündə 3 dəfə təkrar edin. Bu hərəkəti müntəzəm təkrar etdikdə bud və omba quruluşu seksual görünür.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm