Ürək xəstələri üçün ən faydalı yağ
Bizi izləyin

Sağlamlıq

Ürək xəstələri üçün ən faydalı yağ

Ölkəmizdə günəbaxan, qarğıdalı və zeytun yağından daha geniş şəkildə istifadə edilir. Ancaq mütəxəssislər fındıq yağının ən az zeytun yağı qədər faydalı olduğunu bildirirlər. Fındıq yağının tərkibindəki vitaminlər hüceyrələri qoruyur və yaşlanmağın qarşısını alır.

Araşdırmalar göstərib ki, tərkibində E vitamini olan yağlar parkinson xəstəliyi ilə mübarizə aparmağa kömək edir. Fındıq yağı çoxlu miqdarda E vitamini ehtiva etdiyi üçün mərkəzi sinir sistemindəki dofamin neyronlarının dağılıb məhv olmasının qarşısını alır. Beləliklə, parkinson xəstəliyindən qoruyur. Həmçinin, qan dövranına yaxşı təsir edir. Güclü antioksidantlar ehtiva edən fındıq yağı hüceyrələrin yenilənməsini sürətləndirir.

Fındıq yağının alzeymerin də qarşısını aldığı bildirilir.

Həkimlər qeyd edirlər ki, fındıq yağı ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün əsl şəfa mənbəyidir. Bu yağın tərkibindəki turşular yüksək təzyiqin aşağı salınmasına, pis xolesterinin azaldılmasına, şəkər xəstələrinin insulin ehtiyacının azaldılmasına kömək edir. Həmçinin, xərçəng şişlərinin yaranmasının qarşısını alır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm