Sağlamlıq
Barmaq şaqqıldatmaq oynaqları zəiflədir
Barmaqlarınızı şaqqıldatmaqdan əl çəkin! Çünki bu zaman oynaqlar zəifləyir və uzunmüddətli problemlər yarana bilər.
Mütəxəssislər bir çoxumuzun vərdiş halına gətirdiyi barmaqları şaqqıldatmaqdan əl çəkməyi tövsiyə edirlər. Okan universitetinin fizioterapiya və reabilitasiya bölməsinin həkimi Batıq Şenbursa barmaq şaqqıldatmaq vərdişinin mənfi təsirləri haqqında aparılan tədqiqatda əldə edilən nəticələr haqqında məlumat verib:
“Bu tədqiqatda barmaqlarını şaqqıldadan 300 nəfərin oynaqlarındakı həssaslıq araşdırılıb. Oynağı şaqqıldatmağı vərdiş halına gətirənlərdə yumşaq toxumada zədələnmə, qavrama gücündə azalma kimi nəticələr aşkar edilib. Həssaslıq oynağı əhatə edən bağların sürətli və təkrarlı şəkildə gərginləşməsinin nəticəsidir. Peşəkar beysbol atıcılarında da oxşar yaralanmalar müşahidə olunur, ancaq yaralanmalar daha ciddi səviyyədədir və atış üçün istifadə edilən qoldakı oynağa daha çox təsir göstərir”.
Həkim Şenbursa barmaqları birləşdirib çölə doğru əyəndə oynaqlardan səslər gələndə, oynaq içində baş verənləri belə izah edib: "Oynaqlar iki sümüyün birləşmə yerində olur. Orqanizmdəki bütün oynaqlarda sinoviyal maye də deyilən qatı, aydın oynaq mayesi vardır. Oynaqları şaqqıldatmaq üçün barmaqlarınızı əydikdə oynaq sümükləri bir-birindən ayırmış oluruq. Beləliklə, oynağı əhatə edən yumşaq toxuma kapsulu də əsnəyir. Kapsulun əsnəməsi oynaq içindəki həcmi artır. Bir fizika qaydası olaraq "həcm artarsa, təzyiq azalır. Oynaq mayenin təzyiqi düşəndə maye daxilində həll olunmuş halda olan qazlar şar halına gəlir. Oynaqları kifayət qədər dartanda kapsul təzyiqi düşür və şarlar partlayır. Bu partlayış oynaqlardan səslər gəlməsinə səbəb olur.
Qazların mayedə təkrar deqradasiyası 25-30 dəqiqə çəkir və bu müddət ərzində oynaqlardan səs gəlməz. Qazlar ayrılanda oynaqlar təkrar şaqqıldatmaq səsi gəlir.
Həkim oynaqları şaqqıldadandan sonra insanların yüngüllük hiss etməsinin səbəbini isə belə açıqlayır: "Oynaqlardan səs gəldikdən sonra oynaq hərəkatının artdığına dair dəlillər var. Oynaq manipulyasiya ediləndə oynaqda hərəkəti qəbul edən reseptorları xəbərdar edir və oynağı əhatə edən əzələlər zəifləyir. Oynaqları şaqqıldatdıqdan sonra insanların yüngüllük hiss etməsinin səbəbi budur".
Fidan
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO