• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Oruclu olanda bunu heç vaxt etməyin!

Oruclu olanda bunu heç vaxt etməyin!

Türkiyənin sağlam qidalanma üzrə mütəxəssisi Gönül Ateşsaçan Ramazan ayında oruc tutan şəxslərlə bağlı məsləhətlər verib. Publika.az mütəxəssisin açıqlamalarını təqdim edir:

Gönül Ateşsaçan bildirib ki, Ramazan ayı ruhsal və fiziki təmizlənmə vaxtıdır: “Oruc əslində detoksdur. Normalda metabolizmimiz gündəlik həzmə çox enerji sərf edir. Oruc isə ruhun üzərindəki bədən yükünün yüngülləşdirilməsini təmin edir”.

Mütəxəssis qeyd edib ki, bu ayda xüsusilə istehlak edilən duzun miqdarına çox diqqət edilməlidir. Çünki artıq duz susuzluq yaradır. Odur ki, çox duzlu qidalar, hazır şorba, souslar, ədviyyatlar, ət suyu və xüsusilə konservləşdirilmiş ərzaqlardan istifadə etməyin.

Yağda qızarmış qidalar mədə yanmasına səbəb olduğu üçün sizə oruclu olduqda narahatlıq verəcək.

Xüsusilə imsak vaxtı şəkərli qidalardan və çox şirin meyvələrdən uzaq durmalıyıq.

Karbohidrat tərkibli qidaları - çörək, makaron, plov, piroq, kartof qızartması və s. çox az yeyin.

Suyu soyuq və sürətli içməyin. Bu mədədə qaz əmələ gətirir və ağrıya səbəb ola bilər.

Tox tutan, qan şəkərini qəfildən yüksəltməyən yeməklər hazırlayın. İftarda mütləq zülal ehtiva edən ət, balıq və toyuq şorbalarına üstünlük verin.

Oruc zamanı bir çoxlarının yaşadığı ən böyük problemlərdən biri qəbizlikdir. Qəbizliyin qarşısını almaq üçün lif faizi yüksək ərzaqlara yönəlin.

İftarı açan kimi dərhal divanda oturub televizor izləməyin, yaxud da vaxtınızı boş yerə internetdə keçirməyin. İftardan 1-2 saat sonra 30 dəqiqəlik yürüş nəticəsində həm özünüzü gümrah hiss edəcəksiniz, həm də metabolizmin yaxşı işləməsini təmin edəcəksiniz.

İmsakda yüngül yeməklər yeyilməli, zülal tərkibli qidalara üstünlük verilməlidir.

Mütləq bitki çayı olaraq razyana və qan şəkərini tarazlaşdıran darçınlı cökə çayı içməlidir.

İftar və imsak arasında bol su için. Orqanizm üçün faydalı qidalansanız, gün ərzində yorğunluq hiss etməyəcəksiniz. Yeməkləri sürətli deyil, yavaş-yavaş və yaxşı çeynəyərək yeyin.

Sonda onu da qeyd edim ki, heç vaxt oruclu olanda idman etməyin. Günortadan sonra idman etsəniz, uzun müddət ac qaldığınız üçün qan şəkəri və metabolizmlə bağlı bəzi problemlər yaranacaq. Odur ki, oruc tutanların iftardan 2-3 saat sonra idmanla məşğul olması münasibdir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR