Günün sonunda özünüzü daha arıq hiss etmək istəyirsinizsə, oxuyun!
Bizi izləyin

Sağlamlıq

Günün sonunda özünüzü daha arıq hiss etmək istəyirsinizsə, oxuyun!

Arıqlamaq üçün bir müddət pəhriz saxlamalı və idmanla məşğul olmalısınız. Ancaq bunun üçün səbir və iradə lazımdır. Ancaq kiçik hiylələr vasitəsilə 1 gün içərisində olduğunuzdan daha arıq görünə bilərsiniz. Əgər aşağıdakı məsləhətlərə əməl etsəniz, bir gün içərisində üzünüzdəki və qarnınızdakı şişkinliyin azaldığını, özünüzü daha xəfif və rahat hiss etdiyinizi görəcəksiniz.

Səhərlər limonlu isti su için

4-5 damcı limon şirəsi əlavə edilmiş isti su həzm sistemini hərəkətə gətirir. Alternativ olaraq limonlu yaşıl çay da içə bilərsiniz.

Səhərlər süd və süd məhsullarından uzaq durun

Süd və süd məhsulları bəzi insanlarda köp yaradır, həzm problemlərinə və şişkinliyə səbəb olur.

Siz də belə problemlərlə üzləşirsinizsə, qatıq, süd, yumurta və pendir yeməyin.

Yoqa ilə səhər detoksu

Yoqa həzm sisteminə yaxşı təsir edir. Üstəlik, orqanizmdən toksinləri atılmasına kömək edir.

Səhərlər yüngül yoqa məşqi özünüzü daha enerjili və yüngül hiss etməyinizi təmin edəcək.

Tropik meyvə salatı

Səhər yeməyindən 3 saat sonra yüngül qəlyanaltı edin. Qəlyanaltı üçün ən yaxşı seçim tropik meyvələrdən hazırlanmış kokteyl və ya salatdır.

Ananas və papayanın tərkibində olan zülallar və “bromelain” adlı maddələr mədədəki köpün, şişkinliyin qarşısını alır.

Yavaş-yavaş yeyin!

Yemək yeyərkən tələsməyin. Yeməyi tələsik yedikdə həm həzm prosesinə mənfi təsir edir, həm də mədəyə loxmalarla birlikdə çoxlu miqdarda hava daxil olur. Bu da köpə səbəb olur.

Saqqız çeynəməyin!

Daha incə görünmək istəyirsinizsə, saqqız çeynəməkdən vaz keçin. Saqqız çoxlu miqdarda hava udmağınıza səbəb olur. Həm də tərkibində bol miqdarda şəkər var. Bir sözlə, saqqız çeynəmək də mədədə köpə səbəb olur.

Bu da qarın bölgənizin olduğundan daha ətli görünməsinə gətirib çıxarır.

Su için!

Su bədəninizdəki toksinlərin və artıq duzun atılmasını təmin edir. Beləliklə, sizi gün boyu köp və şişkinlikdən xilas edir.

Kinoa yeyin!

Kinoa bol miqdarda lif ehtiva edir. Üstəlik, tərkibindəki kalsium insanın özünü daha yüngül hiss etməsinə səbəb olur.

Qara kələm, kinoa, göyəm və pomidorla kinoanı qarışdırıb salat hazırlayın. Bunu günorta yeməyi əvəzinə yeyə bilərsiniz.

Az yeyin!

Sağalam və gözəl olmağın əsas qaydalarından biri süfrədən doymadan qalxmaqdır. Həmişəkindən daha az yeyin.

Bol miqdarda lif qəbul edin

Lifli qidalar özünüzü tox hiss etməyinizə səbəb olacaq. Beləliklə, daha az yeyəcəksiniz. Gündə ən az 25 - 30 qram lif qəbul etməlisiniz. Gün ərzində avokado, böyürtkən, armud kimi liflə zəngin meyvələr yeyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm