Hansı qidalar ağız qoxusundan xilas edir?
Bizi izləyin

Sağlamlıq

Hansı qidalar ağız qoxusundan xilas edir?

Ramazan ayında yaşanan ən böyük problemlərdən biri də ağız qoxusudur. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diş həkimi Arzu Yalnız Zoqun ağız qoxusundan xilas olmağın yollarından danışıb.

Həkimin sözlərinə görə, oruc tutanlar bütün gün ac və susuz qaldıqları üçün ağız qoxusu problemi ilə üzləşmələri normaldır. Arzu Yalnız bildirir ki, oruc tutanlar gün ərzində ağızlarını su ilə çalxalamalıdırlar. Suyu udmadıqları müddətcə bu, orucu pozmur.

Pis ağız qoxusu həm insanın özünü, həm də ətrafdakıları narahat edir. Ona görə də, bu problemi aradan qaldırmaq üçün hər üsula əl atmaq lazımdır.

Həkim bildirir ki, imsakda çay və qəhvə əvəzinə su içmək lazımdır. “Nə qədər çox su içsələr, ağız qoxusu bir o qədər az hiss edilər”.

Həkim ağız qoxusunu yox edən təbii vasitələrin adlarını da açıqlayıb:

Limon: İmsakda və iftardan sonra limon yeyin. Tərkibində limon ətri olan saqqızlar da eyni vəzifəni görür.

Cəfəri və rozmarin: Cəfəri ağız boşluğunu təmizləyir, daha təravətli nəfəs bəxş edir. Təzə rozmarin də bu baxımdan təsirlidir.

Alma, armud, kök, turp: Adıçəkilən tərəvəz və meyvələr ağız boşluğunu təmizləyib, təravətləndirir. İmsakda və iftardan sonra bu meyvə və tərəvəzlərdən yeyənlərin ağız qoxusu problemi ilə üzləşməsi mümkün deyil.

Nanə və darçın: Ağız qoxusunun qarşısını alan ən təsirli vasitələr nanə və darçındır. Xüsusilə tərkibində sarımsaq və soğan olan yeməklər yeyənlər orucluqda ağız qoxusundan xilas olmaq istəyirlərsə, mütləq nanə və darçından istifadə etməlidirlər. Darçınlı və nanəli saqqız da eyni effekti verir.

Qatıq: İmsak və iftar vaxtı yarım kasa qatıq yesəniz, ağız qoxusundan müdafiə olunarsınız. Qatığın içərisinə C vitamini ilə zəngin meyvələr doğramaq onun təsirini daha da artırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm