• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Boyu uzadan qidalar

Boyu uzadan qidalar

Artıq alimlər də etiraf edirlər ki, insanlarda cırlaşma gedir. Boyumuz getdikcə qısalır. Mütəxəssislər uzun boy üçün uşaqlıqdan düzgün qidalanmalı olduğumuzu bildirirlər. Burada əsas iş valideynlərin öhdəsinə düşür. Valideynlər uşaqlarına sağlam həyat tərzi aşılamalı, boyun uzanmasına kömək edən basketbol, voleybol kimi idman növləri ilə məşğul olmağa təşviq etməlidir. Bununla yanaşı boy uzadan ən təsirli qidaları uşaqların qida menyusuna daxil etmək lazımdır. Bəs onlar hansı qidalardır?

Türkiyəli diyetoloq Serkan Tutar boy uzadan qidaları açıqlayıb. Publika.az diyetoloqun məsləhətlərini təqdim edir:

Tərkibində kalsium mineralı olan bütün qidalar boyu uzadır. D vitamini isə uzun və sağlam sümüklər üçün önəmlidir. Bu iki məsləhəti diqqətdə saxlayanların övladları daha uzunboylu olacaqlar.

Həmçinin, 18 yaşına kimi uşaqlar aşağıdakı qidalardan bol-bol yeyib-içməlidirlər:

Süd və süd məhsulları:

Kalsium ən çox süd və süd məhsullarında olur. Süd, qatıq, ayran, pendir yetkinlik dövründəki uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

18 yaşına kimi hər bir uşaq gün ərzində 2 stəkan süd içməli, 1 stəkan qatıq yeməlidirlər. Həmçinin, səhər yeməyində pendir yeməlidirlər. Günorta və axşam yeməyinin yanında ayran içə bilərlər.

Küncüt:

Küncüt də kalsiumla zəngindir. Onu qatıqla yemək məsləhətdir. Simit və digər un məmulatlarının üzərinə səpmək olar. Ancaq küncütü hər gün yox, həftədə 3 dəfə yemək kifayətdir. Çünki kalorisi çox olduğu üçün uşağı kökəldə bilər.

Çərəzlər:

Fındıq, fıstıq, badam və qoz kimi çərəzlər uşaqların sevdikləri qidalardandır. Bu çərəzləri qarışdırıb gündə bir ovuc yesinlər.

Diyetoloq qeyd edir ki, balıq və yumurta da uşaqların boyunun uzun olmasına kömək edir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR