Ahıl yaşlı insanların pis görməsi ilə əqli zəifliyi arasında qarşılıqlı əlaqə olur
Bizi izləyin

Sağlamlıq

Ahıl yaşlı insanların pis görməsi ilə əqli zəifliyi arasında qarşılıqlı əlaqə olur

Ahıl yaşlı insanların pis görməsi ilə əqli zəifliyi arasında qarşılıqlı əlaqə olur. Qocalıqda görmə problemini müalicə etdirməyə razılıq verməyən insanlar yaddaşlarını çox tezliklə itirirlər.

Amerika həkimləri bu nəticəyə 8 il ərzində könüllülərin səhhətini təhlil etdikdən sonra gəliblər.

Tədqiqatçılar maraqlı fakt müşahidə ediblər. Demək olar ki, görmə orqanı xəstə olan və tibbi yardımdan imtina edən bütün insanlarda Altsheymer xəstəliyinin simptomları olub.

Yaşlı insanlarda pis görmə aktivliyin zəifləməsinə, onların yaxınlıqdakı adamları və küçədə baş verənləri görməməsinə gətirib çıxarır. İnformasiya çatışmazlığı isə beynin fəaliyyətinə təsir göstərir və nəticədə əqli zəiflik yaranır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm