• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Düz və gözəl ayaqlar üçün bir stul kifayətdir - FOTOLAR

Düz və gözəl ayaqlar üçün bir stul kifayətdir - FOTOLAR

Bütün qızlar bilir ki, son illərdə dar şalvar və lasinlər çox dəbdədir. Lakin bu dəblə ayaqlaşa bilmək üçün ayaqların düz və gözəl olması şərtdir.

Okan Universitetinin fizioterapiya və reabilitasiya fakültəsinin professoru Batıq Şenbursa yalnız 5 hərəkətlə düz ayaqlara sahib olmağın sadə üsulunu fotolarla izah edib. Publika.az ayaqların quruluşunu yaxşılaşdıran 5 məşqi təqdim edir:

Gündə sadəcə 5 məşqi etməklə daha düz ayaqlara sahib ola bilərsiniz. Bunun üçün idman zalına getmək də lazım deyil. İdman aləti funksiyasını 1 stul yerinə yetirəcək.

Birinci məşq: Stulun yanında dayanın sonra bir ayağınızı üstünə qoyun. Daha sonra yuxarı qalxın və qarnınızı çəkin. Sonra yavaşca aşağı enin. Eyni hərəkəti digər ayaqla təkrar edin.

1-20150620012253.jpg

İkinci məşq: Əllər yerdə olmaq şərti ilə ayaqları stulun üstünə qoyun və jim mövqeyini alın. Sağ ayağınızı qaldırıb qarına tərəf çəkin, daha sonra dümdüz geriyə doğru uzadaraq qaldırın. Eyni hərəkəti digər ayaqla təkrar edin.

2-832.jpg

Üçüncü məşq: Arxası üstə uzanın, qolları yana uzadın. Ayaqları isə stulun üstünə qoyun. Daha sonra beli düz xətt halında yuxarı qaldırın. Bir növ körpü halını alın. 5-ə qədər sayın və yavaşca buraxın.

3-470.jpg

Dördüncü məşq: Arxası üstə uzanıb ayaqları stulun üstünə qoyun. Lakin omba yerə dəyməməlidir. Daha sonra ayağı düz saxlayaq yuxarı qaldırın. 5-ə qədər sayın və yavaşca stulun üstünə qoyun. Eyni hərəkəti digər ayaqla təkrar edin.

4-304.jpg

Beşinci məşq: Arxanızı stula çevirin. Sağ ayağı düz saxlayın, sol ayağı isə stulun üstünə qoyun. Daha sonra sağ ayağı bükərək önə doğru çəkin. Eyni hərəkəti digər ayaqla təkrar edin.

5.egz.jpg

Hərəkətlərin hər birini 30 dəfə təkrar edin. Gündə 3 dəfə edin. Məşqlər zamanı dərindən nəfəs alıb-verin. Yorulanda mütləq bir neçə saniyə fasilə verin.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR