Bu dərman oğlan uşaqlarında sonsuzluğa səbəb olur
Bizi izləyin

Sağlamlıq

Bu dərman oğlan uşaqlarında sonsuzluğa səbəb olur

Türkiyəli ginekoloq Hakan Çoksüerin araşdırmaları göstərir ki, hamiləlik dövründə qəbul olunan ağrıkəsici oğlan uşaqlarında testosteron hormonuna təsir edir, hətta sonsuzluğa səbəb ola bilir. Qəbul edilən dərmanın miqdarından asılı olaraq, sperma istehsalında əhəmiyyətli dərəcədə azalma müşahidə edildiyi bildirilir.

Hakan Çoksüer hamilələrə ağrıkəsici istifadəsində çox diqqətli davranmalarını, ağrıları azaltmaq üçün dərman qəbul etmək əvəzinə tibbi yardım almağı tövsiyə edib.

Siçanlarda aparılan araşdırmalar göstərib ki, ağrıkəsici qəbul etdikdə testosteron istehsalı azalır. Araşdırmalar hamilə qadınların hərdən qəbul etdiyi ağrıkəsicinin dölə zərər vermədiyini, ancaq davamlı olaraq istifadədə əks təsir göstərdiyini sübut edib. Üstəlik, ağrıkəsici dərmanların kişi dölündə inkişaf qüsurlarına yol açdığını ifadə edib.

Hamilələr dərman alarkən diqqətli olmalıdır!

Böyük Britaniyanın Edinburq Universitetində aparılan digər bir araşdırmada da ağrıkəsicinin zərərləri təsdiq edilib. Ona görə hamilə qadınların çox az dozada ağrıkəsici qəbul etməsi göstərilib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm