Hansı aylarda dünyaya gələnlər daha çox xəstələnirlər?
Bizi izləyin

Sağlamlıq

Hansı aylarda dünyaya gələnlər daha çox xəstələnirlər?

Xəstəliklərə meyilliliklə insanların doğulduğu ayların arasında qarşılıqlı əlaqə olduğu açıqlanıb.

Amerikalı alimlərin apardıqları araşdırmalar sübut edib ki, may ayında dünyaya gələnlərin xroniki xəstəliklərə yaxalanma riski oktyabr və noyabrda doğulanlardan daha azdır.

Elm adamları belə nəticəyə gəliblər ki, mart və aprel aylarında dünyaya gələnlərdə ürək-damar xəstəlikləri, oktyabr-noyabr aylarında doğunlarda isə tənəffüs yolu xəstəlikləri, həmçinin, cinsi xəstəliklər və nevroloji problemlər daha çox müşahidə edilir. İyul və oktyabr aylarında dünyaya göz açanların isə astmaya yaxalanma riski daha çoxdur. Noyabrda dünyaya gələnlərdə isə diqqət çatışmazlığı hiss edilir.

Kolumbiya Universitetinin professorlarının həyata keçirdiyi həmin tədqiqatlar, əsasən, 1985-2013-cü illərdə dünyaya gəlmiş pasiyentlərin tibb kartları əsasında aparıblar.

Onlar 30 il ərzində təxminən, 2 milyon insanın xəstəliyini araşdırıblar. Bu zaman yüksək təzyiqdən tutmuş astmaya kimi 55 müxtəlif xəstəliyin insanın doğum tarixi ilə əlaqəsi öyrənilib.

Qeyd edək ki, araşdırmanın nəticələri "Journal of American Medical İnformatics Association" jurnalında yayımlanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm