• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bağırsaqları təmizləyib, mikrobları öldürən içki

Bağırsaqları təmizləyib, mikrobları öldürən içki

Dünyanın ən faydalı qidalarından biri də kefirdir. Kefir inək, qoyun və ya keçi südündən hazırlana bilər. Süddən fərqi həzmə köməkçi olan bakteriyalarla zəngin olmasıdır. Qısa müddətdə bağırsaqların fəaliyyətini yaxşılaşdıran kefir sağlamlığa yaralı bir çox vitamin və mineral baxımından da zəngindir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kefir həzm problemlərindən əziyyət çəkənlər, qəbizlikdən şikayət edənlər üçün ideal içkidir. İmmunitet sistemini gücləndirir, həzm sistemində mövcud bakteriya və mikrobların təmizlənməsinə köməkçi olur, mədə xorasına səbəb olan "helikobakter" adlı bakteriyanı öldürür. Antibiotik xüsusiyyəti var. Kefirdə olan B12, B1, biotin və K vitaminləri ümumi sağlamlığa çox yaxşı təsir edir. Tərkibindəki yüksək kalsium və maqnezium isə sümük sağlamlığına yaxşı təsir edir.

Allergiyalara və iltihablara qarşı da effektlidir.

Kefirin faydaları ilə bağlı aparılan araşdırmaya görə, davamlı olaraq kefir içən insanlarda xərçəng şişinin inkişafı mümkünsüzdür. Odur ki, kefir xərçəngdən qoruyan qidalar siyahısında yer alır.

1 stəkan kefirdə təxminən 150 kalori var. Zülal baxımından olduqca zəngin olan kefirdən gündə 1 stəkan içərək gündəlik A vitamini ehtiyacının 10 faizini, kalsium ehtiyacının 30 faizini, C vitamini ehtiyacının isə 4 faizini qarşılamaq olar.

Kefirin orqanizm üçün başqa faydaları da var:

Antibiotik təsiri ilə iltihablı xəstəliklərin müalicəsinə kömək olur;

Duzun və şişin orqanizmdən atılmasına kömək edir;

Bağırsaqları təmizləyir, bakteriya və mikrobları öldürür;

Mədə xorasının müalicəsində istifadə edilir;

İnfeksiyalı xəstəliklərin müalicəsində istifadə edilir;

Xolesterini aşağı salır;

Xərçəngin meydana gəlməsini və irəliləməsini önləyir;

Xərçəngli şişlərin inkişafını dayandırır;

Ehtiva etdiyi A vitamini ilə göz sağlamlığına kömək edir;

Güclü sümüklər və dişlər üçün faydalıdır;

Ürək sağlamlığını qoruyur;

Qaraciyərə faydalıdır;

Ekzemanın müalicəsində dəstək qida kimi istifadə olunur;

Dəriyə çəkildikdə sızanaqların meydana gəlməsini önləyir;

Dəri göbələyindən xilas edir;

Ağciyər infeksiyalarına qarşı istifadə edilir;

Kökəlməmək və ishal olmamaq üçün gündə 1 stəkandan artıq içmək olmaz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR