Sağlamlıq
İştahanı kəsən qidaların siyahısı
Daim yüklənən mədəyə rahatlıq vermək lazımdır. Yeməkdən vaz keçə bilmirsinzisə, bunun üçün bəzi qidaların toxluq hissi verən gücündən yararlanmaq olar. Publika.az iştahanı kəsən qidaların siyahısını tərtib edib. Bu qidaların enerji dəyəri çox olduğu üçün çox az yediyinizə baxmayaraq, toxluq hissi verir. Dolayısı ilə daha çox yeməyə və kökəlməyə mane olur.
Yumurta
Ən mühüm zülal qaynaqlarından biri olan yumurtanın uzun müddət toxluq hissi verdiyi və kalorisinin aşağı olduğu elmi araşdırmalarla sübut edilib. Səhər yeməklərində bir ədəd qaynadılmış yumurta, ya da az kərə yağı qatılmış yumurta qayğanaqla həm aclıq hissindən qurtula, həm də gündəlik zülal ehtiyaclarınızı sağlam yolla ödəmiş olarsınız.
Yaşıl çay
Yaşıl çay orqanizmi zəhərli maddələrdən təmizləyərək hüceyrələrin yenilənməsini təmin edir. Orqanizmin iş sürətini artırır, yağ əriməsini təmin edir və uzun müddət özümüzü tox hiss etməyinizə yardımçı olur. Gündə 1-2 fincan yaşıl çay içərək özünüzü həm enerjili hiss edə, həm artıq çəkidən yaxa qurtara, həm də toxluq hiss edə bilərsiniz.
Badam
Badam vitamin, mineral, lif baxımından zəngin quru meyvələrdən biridir. Tox qalmağınızı, sağlam dəri və saçlara sahib olmağınızı təmin edir və omeqa-3 yağ turşuları sayəsində ürəyinizin sağlamlığını qoruyur. Elmi tədqiqatların nəticəsinə görə, nizamlı olaraq gündə 5-6 ədəd badam yeyən qadınlar yeməyənlərə görə daha asan arıqlayırlar.
Sirkə
Sirkə bədən sağlamlığından gözəlliyə, arıqlamağa, hətta ev təmizliyinə qədər bir çox mövzuda möcüzələr yaradır. İştahanı kəsməyə və uzun müddət tox hiss etməyinizə də yardım edir. Sirkənin tərkibində olan asetat, mədənin həzm sürətini zəiflədir və bunun sayəsində özünüzü daha uzun müddət tox hiss etmənizi təmin edir. Salat və yeməklərə sirkə əlavə edərək həm ləzzət qata, həm də sağlamlığınızı qoruya bilərsiniz.
Darçın
Nəfs qoxusu ilə duyğularınızı hərəkətə keçirən və enerji verən darçın alimlərin də diqqətini çəkib və bu ədviyyatın üzərində böyük araşdırmalar aparılıb! Elmi tədqiqatın nəticələrinə görə darçın, aclıq hissinə səbəb olan qan şəkərini sürətlə artıb-azalmasını tarazlaşdırır və buna bağlı olaraq uzun müddət özünüzü tox hiss etmənizi təmin edir. Bir neçə dilim almanın üzərinə darçın səpib yeyərək aclıq hissindən xilas ola bilərsiniz. Həm tox olacaq, həm arzuladığınız incə bədənə daha tez qovuşacaqsınız.
Aytən
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR