Kimlər İİV-ə yoluxmada risk qrupuna daxildir?
Bizi izləyin

Səhiyyə

Kimlər İİV-ə yoluxmada risk qrupuna daxildir?

Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əsasən 4 risk faktoru aktualdır.

Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əsasən 4 risk faktoru aktualdır. Risk qruplarına inyeksion narkotik istifadəçiləri, homoseksuallar, seks-biznes nümayəndələri və məhbuslardır.

Publika.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.

O, risk qrupları arasında İİV-ə yeni yoluxma hallarının azaldığını deyib: “Bu günə qədər Azərbaycanda küçə uşaqları arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb. 2011-ci ildə Bakı şəhərində aparılan araşdırma nəticəsində belə uşaqlar arasında İİV-ə yoluxma faktının olmadığı müəyyənləşib. Normativ sənədlərə əsasən tədqiqat nəticəsində küçə uşaqlarında belə xəstəliklər aşkar edilmirsə, bu hal risk qrupu olaraq ölkə üçün səciyyəvi sayılmır. Eyni zamanda, bu vaxta kimi həkimlər arasında da xəstəliyə yoluxma faktı aşkarlanmayıb. Qanunvericiliyə əsasən, əgər cərrahiyyə sahəsində olan həkimlərdə bu xəstəlik aşkar edilsə, o zaman onun sahəsi dəyişdirilir”.

N.Zülfüqarov onu da bildirib ki, bu günə qədər gözəllik salonunda, stomatoloji kabinetlərdə İİV-ə yoluxma halları müşahidə edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm