Səhiyyə
Dünyada yeni virus təhlükəsi
Bütün dünyada sürətlə yayılan quş qripi təhlükəsi İranda 500 mindən çox toyuğun məhv edilməsinə səbəb olub.
Publika.az xəbər verir ki, İran Baytarlıq İdarəsi Tehranın Melard bölgəsində 4 fermada quş qripinin olduğunu bildirib. İdarənin rəisi Mehdi Xalac bu vaxta qədər H5N8 virusuna yoluxan 513 mindən çox toyuğun məhv edildiyini açıqlayıb. Artıq bu ölkədə toyuqların bir yerdən başqa yerə daşınmağı qadağan edilib.
Bu il yayın sonlarında Rusiyada aşkarlanan quş qrupu, son olaraq Yaponiyada da qeydə alınıb. Yaponiya Səhiyyə Nazirliyi rəsmiləri artıq virusun 40 toyuğun öldürdüyünü, 310 minin isə tələf ediləcəyini açıqlayıb.Təkcə toyuqlar deyil, ördəklər də virusa yoluxub. Virus səbəbindən 165 min baş ördək tələf ediləcək. Artıq fermalarda virusa qarşı dezinfeksiya işlərinə başlanılıb.
Virus Fransada da yayılıb. Bu ölkənin Səhiyyə Nazirliyi də virusu gözardı edə bilməyəcəklərini deyib.
Rusiyadan Avropaya yayılan quş qripinə Almaniya, Hollandiya, Danimarka, Avstraliya, İsveçrə, İsveç və Macarıstanda da rast gəlinib. Artıq İsraildə də virus aşkarlanıb.
Noyabrın 22-dən İrandan Azərbaycana quş əti idxalına qadağa qoyulub.
Qeyd edək ki,2003-2007-ci illərdə quş qripi 167 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus yabanı quşları qaladları ilə yerli qanadlılara yoluxdurur.
Gülxar
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi