İcbari tibbi sığortanın tətbiqi 2018-ci ilə qaldı
Bizi izləyin

Səhiyyə

İcbari tibbi sığortanın tətbiqi 2018-ci ilə qaldı

2017-ci ildə Yevlax və Mingəçevirdə pilot layihələrə başlanılacaq.

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və manatın ucuzlaşması və bəzi sahələrdə kəskin qiymət artımının baş verməsi şəraitində 2017-ci ilin Dövlət Büdcəsini formalaşdırmaq asan məsələ deyil idi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə keçirilən 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Ə.Əmiraslanov deyib ki, bütün çətinliklərə baxmayaraq, hökumət bu işin öhdəsindən uğurla gəlib.

Komitə sədri icbari tibbi sığorta ilə bağlı artıq addımların atılmasını da təqdir edib və əmin olduğunu bildirib ki, 2018-də bütövlükdə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq:

“Əminəm ki, 2018-də bütövlükdə icbari tibbi sığortanı tədbiq etməyə başlayacağıq. İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi də bir o qədər tez yüksəlməyə başlayacaq. İcbari tibbi sığorta üzrə yükün hamısını dövlət büdcəsi öz üzərinə götürməməlidir. Xeyli digər mənbələr var. Bu istiqamətdə Səhiyyə Nazirliyi, digər qurumlar Maliyyə Nazirliyi ilə bir yerdə oturub ciddi tədbirlər planı hazırlamalıdır. Əhalinin az müdafiə olunan elə qrupları var ki, onların tibbi sığortasını dövlət öz üzərinə götürməldir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədə müəyyən vəsait ayrılıb. Noyabrın 29-da icbari tibbi sığortanın tətbiqi ilə bağlı Prezident fərman imzladı. Fərmanda icbari tibbi sığortanın həyata keçriilməsinin mexanizmi öz əksini tapıb. İki pilot layihənin - Yevlax və Minfgəçevirdə gələn ildən həyata keçirilməsi nəzrədə tutulub. Bunun üçün də 10 milyon manat vəsait ayrılıb. Əminəm ki, bu pilot layihə uğurla həyata keçiriləcək. Hansı ölkələr ki, icbari tibbi sığortanı tətbiq ediblər, onlar səhiyyə sahəsində böyük uğurlar qazanıblar. Biz icbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, bir o qədər faydalı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm