Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsi özəlləşdirilir
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsi özəlləşdirilir

“Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

E.Ağayev deyib ki, özəlləşdirilməsi gözlənilən səhiyyə müəssisələri əsasən təsərrüfat hesablı təşkilatlardır.

Onun sözlərinə görə, artıq 11 müəssisə müvafiq siyahıya daxil edilib:

“Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir. Özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm