Səhiyyə
Əli Əhmədov: "Məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir"
"Səhiyyənin maliyyələşməsinin yeni formasını tətbiq etməklə bu vəsaitlərin daha səmərəli istifadə olunması və ayrılan vəsaitlə vətəndaşlara daha yüksək səhiyyə xidmətlərinin göstərilməsi əsas hədəflərdəndir".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı Yevlax rayonuna və Mingəçevir şəhərində keçirilən görüşdə deyib.
Ə.Əhmədov qeyd edib ki, bütün dünyada səhiyyə sistemi icbari tibbi sığorta əsasında maliyyələşdirilir: “Bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır. Dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyəti böyükdür”.
Tədbirlərdə Agentliyin direktoru Zaur Əliyevin 2017-ci ildə pilot ərazilərdə görüləcək işlər barədə məlumatları dinlənilib, Agentliyin direktoru bu qurumun tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsinin həyata keçirilməsi, sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Əli Əhmədov Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mövcud infrastrukturu, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni alınan tibbi avadanlıqlar ilə tanış olub, Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibb personalı ilə görüşüb.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi – Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama