Bir ayda 49 nəfərdə siflis, 9 nəfərdə QİÇS aşkarlandı
Bizi izləyin

Səhiyyə

Bir ayda 49 nəfərdə siflis, 9 nəfərdə QİÇS aşkarlandı

9 nəfərdə QİÇS aşkarlandı

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin fevral ayının sonuna qədər müayinədən 249050 nəfər keçib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, fevral ayında müayinədən keçmiş 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.

“1 iyun 2015-ci il – 28 fevral 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub”.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm