Dünyanın ən ölümcül XƏSTƏLİYİ – Çoxları bundan XƏBƏRSİZDİR
Bizi izləyin

Səhiyyə

Dünyanın ən ölümcül XƏSTƏLİYİ – Çoxları bundan XƏBƏRSİZDİR

Süd vəzi və prostat xərçənginin cəmindən daha çox insanı öldürən xəstəlik barədə bəlkə də, heç eşitməmisiniz. Bu xəstəliyin adı sepsisdir. Sözügedən xəstəliyi yaşayanlar bunun həzm sistemi ilə birbaşa əlaqəli olduğunu deyir və kəsiklər belə yarada bilən simptomlarına qarşı diqqətli olmağı tövsiyə edir.

Publika.az xəbər verir ki, bu xəstəliyə tutulanlardan Patrik Kane İngiltərədə hər il bağırsaq, süd vəzi və prostat xərçənginin cəmindən daha çox insanı öldürən xəstəliyə 9 aylıq olanda yoluxub.

Ailə həkimi ona bəzi dərmanlar yazsa da, anası xəstəxanaya aparır. O, xəstəxanaya çatdırılanda artıq orqanlarının bəziləri işləmirmiş. Üç ay xəstəxanada qalsa da, Patrik sağ dizindən aşağı, sol qolu və sağ əlinin barmaqlarını itirib. Xəstəxanada olduğu müddətdə Patrikin 7 dəfə ürəyi dayanıb, onun yaşayıb-yaşamayacağı bəlli deyil.

İndi universitetdə oxuyan Patrikin orqanlarını itirməsinə səbəb olan qan zəhərlənməsi adı ilə tanınan sepsis xəstəliyidir.

Patrik deyir ki, insanlar iki yerə bölünür. Sepsis olan birini tanıyanlar, ya da bu xəstəliyi heç eşitməyənlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm