Siçanları “gəncləşdirən” dərman insanlar üzərində də tətbiq ediləcək
Bizi izləyin

Səhiyyə

Siçanları “gəncləşdirən” dərman insanlar üzərində də tətbiq ediləcək

Əvvəllər qocalan hüceyrələrin heç bir əks təsirinin olmadığı düşünülürdü.

Hollandiyanın Erasmus Universitetinin Tibb Mərkəzində hazırlanan dərman siçanların bəzi orqanlarının qocalmağını ləngidib. Dərman siçanların tüklərini yenidən çıxarıb, qüvvələrini artırıb, qaraciyər və böyrəklərinin funksiyasını düzəldib.

Publika.az xəbər verir ki, bu araşdırmanı həyata keçirən qrup onu insanlar üzərində də tətbiq etməyi planlaşdırır.

Bu dərmanın insanların bölünmə qabiliyyətini itirmiş hüceyrələrə qarşı effektli təsir göstərdiyi bildirilir.

İnsan qocaldıqca hüceyrələr aşınmaya məruz qalır və müəyyən müddətdən sonra bərpa edilmir.

Bu aşınma nəticəsində ya onlar ya xərçəngə çevrilir, ya özünü məhv edir, ya da qocalaraq yarı fəal vəziyyət alır.

Əvvəllər qocalan hüceyrələrin heç bir əks təsirinin olmadığı düşünülürdü. Son illər aparılan araşdırmalar isə əksinə onun revmatizmdən tutmuş damar tıxanıqlığına qədər bir çox xəstəliyə səbəb olacağı qənaətini verib. Yeni yaradılan dərman isə məhz bu məqamda effektli təsirə malikdir. Bunu sübut etmək üçün alimlər 90 qoca sıçan götürərək iki qrupa ayırıblar.

Onların bir qisminə peptid molekulu verilib. 10 gün ərzində siçanların tükünün çıxdığı, qüvvətləndiyi müşahidə edilib. Bir aydan sonra isə böyrək funksiyaları bərpa edilib.

Dərmanı hazırlayan Peter de Kaizer onu beyin xərçənginin bəzi növləri üzərində də tətbiq etməyi planlaşdırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm