Dünyada İLK: süni uşaqlıq kisəsi - FOTO
Bizi izləyin

Səhiyyə

Dünyada İLK: süni uşaqlıq kisəsi - FOTO

Nəticə uğurlu alınıb.

Amerikalı bioloqlar dünyada ilk dəfə süni uşaqlıq kisəsi hazırlayıblar.

Publika.az xəbər verir ki, bu üsulla vaxtından əvvəl doğulmuş, yarımçıq hamiləlikləri xilas etmək mümkün olacaq. Təcrübə olaraq yarımçıq doğulmuş quzunu kisəyə yerləşdiriblər və nəticə uğurlu alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il 15 milyon uşaq ana bətnində inkişafdan qalaraq ölür. Ona görə də alimlər belə ölümlərin qarşısını almaq üçün süni uşaqlıq kisəsini vacib sayırlar. Ana bətnində formalaşan su, oksigen və digər vacib elementləri bir araya gətirərək yarımçıq doğulan uşaqların yaşama şansını artırmaq niyyətindədirlər.

Alimlər yaratdıqları süni uşaqlıq kisəsini “bioçanta” adlandırırlar. Bu “çanta” ana bətninin analoqudur. Həmin “çanta”ya həm də dölün təzyiqini, beyin aktivliyini ölçən sensor da yerləşdiriblər ki, istənilən dəyişiklik vaxtında sezilsin.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm