Yeni güclü antibiotik ixtira olundu
Bizi izləyin

Səhiyyə

Yeni güclü antibiotik ixtira olundu

Yeni maddə dərhal patentləşdirilib.

Nüfuzlu “Chemical Science” elmi jurnalının titul səhifəsində “Biocev” təhqiqat mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib.

Publika.az xəbər verir ki, alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək “Celin” adlı yeni antibiotik yaratmağa nail olublar. Qeyd edək ki, çexiyalı alimlərin kəşfi barədə məlumat ilk dəfədir belə nüfuzlu nəşrin üz qabığına çıxarılır.

Yeni maddə dərhal patentləşdirilib və mikroorqanizmlərin daha geniş qrupuna onun təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm