Sumqayıtdakı kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Sumqayıtdakı kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib - RƏSMİ

Ritovirusun su ilə yayılması nəzərə alınaraq yayılmanın su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu ehtimal edilir.

Bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov Sumqayıt şəhəri Tağıyev qəsəbəsində uşaqlar arasında ritovirusun aşkarlanmasına münasibət bildirərkən deyib.

V.Qasımov qeyd edib ki, su paylayıcı şəbəkəyə haradasa patogen amil düşüb.

Baş pediatr Nəsib Quliyev deyib ki, uşaqlar arasında aşkarlanan ritovirusun əsas əlamətləri ishal, qusma, temperaturun enməsidir: "SN tərəfindən bütün dərman preparatları təmin edilib. Xəstəxanaya indi daxil olanlar gec müraciət edənlərdir. Uşaqların 100 faizinin çiy su içməsi aşkarlanıb. Ritovirusun sularda olması nəzərə alınaraq, onun çiy su ilə keçməsi ehtimal edilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib ki, xəstələrin hər biri ilə sorğu aparılıb və bütün məlumatlar toplanılıb: "Məlum oldu ki, bütün valideynlər uşaqlarına çiy su veriblər. Bütün o ərazidə vətəndaşların istifadə etdiyi sulardan nümunə və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğru olduğunu göstərdi. Ritovirus əsasən, kiçik yaşlı uşaqlarda olur.

Suyun hansı şəraitdə çirklənməsi bizə məlum deyil. Amma hadisə çirklənmiş sudan baş verib. Hazırda tədqiqatlar aparılır". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm