Bu gəncin köməyinizə ehtiyacı var: Müalicə olunmaq üçün hər şeyini satıb - FOTOLAR
Bizi izləyin

Səhiyyə

Bu gəncin köməyinizə ehtiyacı var: Müalicə olunmaq üçün hər şeyini satıb - FOTOLAR

31 yaşlı bu gəncin köməyinizə ehtiyacı var.

Publika.az xəbər verir ki, İsa Şakir oğlu Ağayevin bir il öncə daxili orqanlarında şiş əmələ gəlib. Həkimlər bildiriblər ki, xəstəliyin İranda müalicəsi var. Bu səbəblə, iki övladı olan gənc ata əlində olan hər şeyi sataraq İrana üz tutub. İranda pulu yetdiyi qədər müalicə alıb. Həkimlər bildirib ki, 5-6 dəfə də müalicə alsan, sağalacaqsan. Lakin pulu olmadığından, müalicəsini davam etdirə bilməyib.

Gəncin İranda müalicəsini davam etdirmək üçün ona 5-6 min AZN lazımdır. İsa Ağayev övladlarını atasız qoymamaq üçün imkanı olan şəxslərdən kömək istəyir.

Kömək etmək istəyənlər (+994) 55-390-00-94 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm