• USD 1,7007 0,00% EUR 2,0368 +0,29%
    • GBP 2,3022 -0,40% RUB 0,0293 -0,68%

İstivurma, günvurma... – YAY XƏSTƏLİKLƏRİNDƏN necə qorunmalı?

İstivurma, günvurma... – YAY XƏSTƏLİKLƏRİNDƏN necə qorunmalı?

Yay xəstəlikləri zamanı valideynlərin də üzərinə mühüm vəzifə düşür.

Publika.az xəbər verir ki, bu sözləri baş pediatr Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər.

“Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamının təmiz su ilə qidalanması mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Bununla yanaşı, qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, havalar isti olduğuna görə onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır”.

Baş pediatr bildirib ki, mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal mütləq həkimə müraciət edilməsi zəruridir.

“Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə zərər gətirir”.

İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor günəşin, havanın, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu olduğunu diqqətə çatdırıb.

“Lakin müəyyən rejim və qaydalara əməl olunmadıqda istivurma və günvurma kimi ağır hallarla üzləşilir. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda dəri və baş beyin problemləri ola bilər”.

Baş pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib.

“Özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödeminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etməyi məsləhət görürük”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>