Erkən doğuş ən çox hansı yaş qruplarında olur?
Bizi izləyin

Səhiyyə

Erkən doğuş ən çox hansı yaş qruplarında olur?

Qeysəriyyə kəsiyi əməliyyat edilənlərin əksəriyyəti təkrar bu əməliyyata girir.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur: “Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır".

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, institut təmir olunandan sonra 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb: "Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm