Valideynlərin nəzərinə: övladınızda bu xəstəlik varsa...- VİDEO
Bizi izləyin

Səhiyyə

Valideynlərin nəzərinə: övladınızda bu xəstəlik varsa...- VİDEO

Uşaq serebral iflici polietioloji xəstəlik olub, baş beynin əsasən bətndaxili dövrdə, doğuş zamanı zədələnməsi, nəticədə ətraflarda motorik pozulmaların, ifliclərin inkişafı, psixi və nitq inkişafının müxtəlif dərəcədə pozulması ilə xarakterizə olunur.

Axar.az xəbər verir ki, son zamanlar bütün dünyada, o cümlədən, Amerikada, Avropada belə pasiyentlərin müalicəsi üçün iynəbatırma, onun modifikasiyası olan biopunktura və homeosiniatriya üsullarından geniş istifadə olunur.

Ən effektli müalicə üsulu isə homeosiniatriyadır. Tətbiqi zamanı serebral iflicli uşaqlarda psixi və nitq inkişafının sürətlənməsi, ayaqların, əllərin, boyun əzələlərinin tonusunun normallaşması, ətraflarda hərəkətlərin həcminin artmasının şahidi oluruq. Nəticədə uşaq başını daha möhkəm saxlayır, daha sərbəst oturmağa, yeriməyə başlayır, əlində oyuncaqları daha möhkəm tuta bilir.

Qeyd edək ki, bu müalicə üsulu hazırda Biloloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm